Keçid linkləri

Təcili xəbərlər
2020, 24 Oktyabr, şənbə, Bakı vaxtı 11:09

Taliban həbsxanasından onlarla məhbus azad edilib


Əfqanıstanda etiraz aksiyası, arxiv fotosu

Əfqanıstan rəsmiləri ölkənin cənubundakı Helmand vilayətində Taliban həbsxanasından onlarla məhbusun azad olunduğunu bildirir. Onların arasında təhlükəsizlik əməkdaşları və dinc sakinlər var. Buraxılanların dəqiq sayı bəlli deyil.

Vilayət valisinin sözçüsü Omar Zwak iyulun 17-də deyib ki, xüsusi qüvvələrin reydindən sonra, iyulun 16-da axşam həbsxanadan 54 nəfər azad olunub. Onlardan 32-si dinc sakin, 16-sı polis, 4-ü əsgər, 2-si hərbi həkimdir. Onları dəmir barmaqlıqlar arxasına yaraqlılar atıb.

Təhlükəsizlik qüvvələrinin ərazini hələ də qoruduğu bildirilir.

Taliban bu reydlə bağlı xəbərlərə, hələlik, münasibət bildirməyib. Ancaq Helmanddakı rayonların çoxu yaraqlıların əlindədir. Son vaxtlar vilayət rəsmilərinə, təhlükəsizlik qüvvələrinə hücumları gücləndiriblər.

Xüsusi qüvvələrin sözçüsü Jawid Saleem isə 45 nəfərin azadlığa buraxıldığını bildirib.

XS
SM
MD
LG