Keçid linkləri

2024, 16 Sentyabr, Bazar ertəsi, Bakı vaxtı 15:51

Yeni “qaz müharibəsi”ni önləmək mümkün olacaqmı


Şimal axını-2 üçün polad borular hazırlanır
Şimal axını-2 üçün polad borular hazırlanır

İyulun 17-də Moskva və Kiyev rəsmiləri Berlində görüşəcək. Avropa İttifaqının dəstəyi ilə keçirilən danışıqlarda Rusiya qazının Ukrayna ərazisindən tranzitinin gələcəyi müzakirə olunacaq.

Rusiyanın Gazprom qaz nəhəngi Ukrayna ərazisindən tranziti kəskin azaldıb. Bu arada Ukraynanın Krım regionunu Moskvanın ilhaq etməsi, Ukraynanın şərqində separatçılara dəstəyi tərəflər arasında gərginliyi artırıb.

KİYEVİN ƏNDİŞƏSİ

Kiyev tranzit gəlirlərini itirə biləcəyindən, yeni qaz kəmərlərindən kənarda qalmasından narahatdır.

Danışıqlarda Gazprom-un Şimal axını-2 qaz kəmərini gələn ilin sonunadək istismara verməsi planları da götür-qoy olunacaq. Şimal axını-2 qazı Baltik dənizi vasitəsilə Almaniyaya daşıyacaq, Ukraynadan yan keçəcək.

Aleksandr Novak, arxiv fotosu
Aleksandr Novak, arxiv fotosu

Bu kəmər mövcud Şimal Axını-1-in marşrutu ilə çəkiləcək, Almaniyaya ixrac olunan Rusiya qazının həcmini ikiqat artıracaq.

Görüşdə Gazprom və ukraynalı həmkarı Naftogaz-dan nümayəndə heyətləri də iştirak edəcək. Onlar illərdir hüquqi müstəvidə çəkişirlər.

Rusiyanın enerji naziri Aleksandr Novak və Ukraynanın xarici işlər naziri Pavlo Klimkin-in də danışıqlara qatılacağı gözlənir.

ABŞ prezidenti Donald Trump bu layihəni tənqid edib.

Almaniya isə layihənin tamamilə “kommersiya” məqsədli olduğunu deyir, martda tikintiyə son əngəlləri də aradan qaldırıb.

Birləşmiş Ştatlar Avropaya mayeləşdirilmiş təbii qaz (LNG) satmaqda maraqlıdır.

Ötən qış havaların soyuq keçməsi Gazprom-un qitəyə rekord həcmdə qaz satmasıyla sonuclanıb.

XS
SM
MD
LG