Keçid linkləri

Təcili xəbərlər
2021, 23 Aprel, Cümə, Bakı vaxtı 08:48

ABŞ Türkiyəni dilə tutur ki, Rusiyadan raket sistemi almasın


S-400 sistemi

ABŞ Dövlət Departamenti bildirir ki, NATO müttəfiqi Türkiyəni Rusiyadan raket sistemi almaqdansa, Raytheon Patriot raketdən müdafiə sistemlərini almağa inandırmağa çalışır.

Dövlət katibinin siyasi-hərbi məsələlər üzrə köməkçisini vəzifəsini icra edən Tina Kaidanow iyulun 16-da İngiltərədə jurnalistlərə bu haqda danışıb. Onun deməsinə görə, ABŞ rəsmiləri “türklərə bizim Patriotla nə edə biləcəyimizi anlatmağa çalışır”.

Türkiyə seçim zamanı Patriot sistemlərini iki dəfə gözardı edib. Əvvəlcə Çin, daha sonra, 2017-ci ildə Rusiyanın S-400 sisteminə üstünlük verib.

Sənaye rəsmilərinin deməsinə görə, Türkiyə Patriot alışı zamanı daha çox texnologiya transferinə nail olmağa çalışıb, yəni Vaşinqtonun təmin etmək istədiyindən daha artıq.

Amma müdafiə nazirinin müavini Kevin Fahey jurnalistlərə deyib ki, Vaşinqton indi Türkiyənin tələblərini daha çox yerinə yetirməyə çalışır.

“Türkiyə Patriot-a maraq göstərir, biz bunu necə reallaşdırmaq üzərində işləyirik”, – o deyib.

ABŞ və NATO rəsmiləri Ankaraya dəfələrlə xəbərdarıq ediblər ki, Rusiyanın raket sistemi NATO-nun hava və raketdən müdafiə sisteminə inteqrasiya oluna bilməz.

Üstəlik, ABŞ Konqresinin qəbul etdiyi qanunvericilik Ankaranın Lockheed Martin F-35 qırıcıları almasını əngəlləyir.

Kaidanow Vaşinqtonun narahatlığını belə əsaslandırıb ki, “rusiyalılardan bu sistemləri almaqla Moskvanın Avropa və başqa yerlərdə yaxşı olmayan davranışı dəstəklənmiş olar”.

Vaşinqton istəyir ki, ABŞ müttəfiqlərinin əldə etdiyi sistemlər “bizimlə müttəfiqlərimiz arasında strateji münasibətləri dəstəkləsin, Türkiyənin timsalında bu, Patriot-lar ola bilər”.

XS
SM
MD
LG