Keçid linkləri

Təcili xəbərlər
2020, 28 Oktyabr, çərşənbə, Bakı vaxtı 12:42

Gürcüstanda mədəndə 4 nəfər həlak olub


Gürcüstanda ötənilki qəzada mədənçilər həlak olmuşdu

Gürcüstanın Daxili İşlər Nazirliyi bildirir ki, kömür mədənində tunelin tavanı uçub, dörd mədənçi həlak olub, altı nəfər yaralanıb.

Nazirlik insidentin iyulun 16-da səhər tezdən Tkibulidəki Mindeli mədənində, paytaxt Tbilisidən 200 kilometr qərbdə baş verdiyini bildirir.

Nazirliyin versiyasına görə, tunelin çökməsinə metan qazı partlayışı səbəb olub.

Təhlükəsizlik normalarına necə əməl olunmasına dair təhqiqat başladılıb.

Apreldə eyni mədəndə qəzada altı nəfər həlak olmuş, üç nəfər xəsarət almışdı.

Şaxtanı Gürcüstanın Sakhnakhshiri şirkəti idarə edir.

Keçmiş Sovet İttifaqı ərazisində mədənlərdə tez-tez qəzalar olur, səbəb kimi bu sahəyə ayrılan maliyyənin azlığı, köhnə avadanlıqdan istifadə göstərilir.

XS
SM
MD
LG