Keçid linkləri

2024, 12 Sentyabr, Cümə axşamı, Bakı vaxtı 09:26

Aİ ticarət müharibəsinə yol verməməyə çağırır


Çində avtomobil sərgisi, arxiv fotosu
Çində avtomobil sərgisi, arxiv fotosu

Avropa İttifaqı Şurasının prezidenti Donald Tusk Birləşmiş Ştatları, Rusiya və Çini ticarət müharibəsinə getməməyə çağırıb, bunun qlobal düzənə, dünyada sülhə təhlükə yaradacağını bildirib.

Tusk iyulun 16-da deyib ki, “münaqişə və xaosu önləməyə hələ vaxt var” və bütün tərəflər birlikdə işləməyə, qarşıdurmanın əngəlləməyə borcldurlar.

ŞƏRİKLİ BORC

Tusk üzünü ABŞ prezidenti Donald Trump-a və onun rusiyalı həmkarı Vladimir Putin-ə tutub, onların bu gün Helsinkidə görüşəcəyini vurğulayıb.

“Hamımız bilirik ki, gözlərimiz önündə dünyanın arxitekturası dəyişir, dəyişikliyi yaxşılığa çevirmək hamımızın məsuliyyətidir”, – o deyib.

“Qlobal ticarət nizamını dağıtmamaq, əksinə, təkmilləşdirmək, tarixən qızğın münaqişələrə çevrilmiş ticarət müharibələrini başlatmamaq Avropanın, Çinin, həmçinin Amerika və Rusiyanın şərikli borcudur”, – Tusk deyib. O, hazırda Aİ və Çin liderlərinin sammitinə qatılmaq üçün Pekindədir.

Donald Tusk
Donald Tusk

Aİ rəsmisi etiraf edib ki, dünyaya ticarət islahatı lazımdır, amma qarşıdurmadan qaçmalıdır.

“Bu səbəbdən çinli ev sahiblərini, həmçinin prezidentlər Trump və Putin-i Ümumdünya Ticarət Təşkilatında köklü islahatlarla bu prosesə başlamağa çağırıram”, – Tusk vurğulayıb.

Tusk və Avropa Komissiyasının prezidenti Jean-Claude Juncker Pekində Çin liderləri ilə 20-ci sammitdə iştirak edir. Toplantıya ev sahibliyini baş nazir Li Keqiang edir.

Liderlər bir-birinin bazarlarına çıxışı asanlaşdırmaq prosesinə başlamaq üçün razılaşma əldə etmək istəyirlər.

QARŞILIQLI HƏDƏLƏR

Rəsmilər ümid edirlər ki, tərəflərin çoxtərəfli ticarət sisteminə öhdəliyini təsdiqləyəcək kommunike əldə edə biləcəklər.

Vladimir Putin (solda) və Li Keqiang Pekində, arxiv fotosu
Vladimir Putin (solda) və Li Keqiang Pekində, arxiv fotosu

Son iki sammitdə belə bir bəyanat üzrə razılığa gəlinməyib.

Ekspertlərin fikrincə, Çin ABŞ-a qarşı alyansa yaratmağa, bundan Vaşinqtona qarşı istifadə etməyə çalışacaq.

Trump Çinin 500 milyard dollarlıq məhsuluna tarif qoymaqla hədələyib. Pekindən “ədalətsiz ticarət siyasəti”ni dəyişmək tələb olunur.

Çin də öz növbəsində Vaşinqtonu əlavə tariflərlə hədələyib. Rusiya isə bildirib ki, ABŞ sanksiyaları onun şirkətlərinə, sənayesinə təsir göstərərsə, cavab tədbirləri görəcək.

Görüşlərdə Çinin Kəmər və Yol Təşəbbüsü, Birma, Əfqanıstan, İran və Şimali Koreya kimi geosiyasi narahatlıqlar müzakirə olunacaq.

Çin Aİ-nin ikinci böyük ticarət tərəfdaşıdır. 2017-ci ildə blok Çinə 198 milyard avroluq (231 milyard dollarlıq) məhsul ixrac edib, Çindən isə 374 milyard avroluq məhsul idxal olunub.

XS
SM
MD
LG