Keçid linkləri

Təcili xəbərlər
2020, 30 Oktyabr, Cümə, Bakı vaxtı 21:21

Azarkeşlər ilin sonunadək Rusiyaya vizasız gedə biləcək


Fransalı azarkeşlər

Rusiyada yenicə bitmiş futbol üzrə dünya kubokunda “azarkeş vəsiqəsi” olanlar ilin sonunadək bu ölkəyə vizasız gedib-gələ biləcəklər. Bunu prezident Vladimir Putin deyir.

TASS dövlət xəbər agentliyi iyulun 5-də Putin-ə istinadla yazıb ki, həmin azarkeşlər 2018-ci ilin sonunadək Rusiyaya çoxsaylı vizasız girişdən istifadə edə biləcəklər.

Daha öncə azarkeş vəsiqələrinin müddəti iyulun 25-də bitirdi.

İyulun 15-də Moskvada keçirilən final mərhələsində Fransa Xorvatiyanı 4-2 hesabıyla məğlub edib. Fransa bununla ikinci dəfə dünya çempionu tituluna yiyələnib.

Putin qonaqlara təşəkkür edərək deyib: “Bizi qorxutmağa çalışırdılar ki, ingilislər gəlib burada xuliqanlıq edəcəklər. Amma hamı çox nümunəvi davrandı”.

XS
SM
MD
LG