Keçid linkləri

2024, 11 Sentyabr, çərşənbə, Bakı vaxtı 19:50

"Noviçok" maddəsi ondan zəhərlənən cütlüyün evinə qoyulubmuş


 Dawn Sturgess və Charles Rowley
Dawn Sturgess və Charles Rowley

Britaniya polisi iyunun 30-da Eymsberi şəhərində iki ölkə sakininin zəhərləndiyi maddənin mənbəyini aşkar edib.

Onun zəhərli “Noviçok” maddəsi olduğu və kiçik şüşə qaba qoyulduğu bildirilir.

AzadlıqRadiosunun məlumatına görə, müstəntiqlər onu, bu günlərdə həmin maddədən zəhərlənərək xəstəxanada ölən Dawn Sturgess və onun dostu Charles Rowley-nin yaşadıqları evdə aşkar ediblər.

Uzun müddət koma vəziyyətində olan Çarli Rouli-nin artıq özünə gəldiyi bildirilir.

Analiz Porton Daun laboratoriyasında aparılıb.

Buna da bax: "Sinir qazıyla zəhərlənmiş britaniyalının durumu daha kritik deyil"

Qeyd edək ki, keçmiş rusiyalı kəşfiyyatçı Sergei Skripal və qızı Yulia da martin əvvəllərində Solsberi şəhərində “Noviçok” maddəsindən zəhərləniblər.

London bəyan edib ki, bunun arxasında Rusiya durur.

Moskva ittihamı rədd edir.

Uzun müalicədən sonra Skripal və qızı Yuliya özlərinə gəliblər və səhətləri normaldır.Həkimlər onların sağ qalacaqlarına inanmırmış.

Məlumata görə həmin zəhər, insidetdən təxminən bir sutka əvvəl Skripalın evinin dəstəyinə hopuzdurulubmuş.

Bu insidentdən sonra Britaniya ilə Rusiya arasında münasibətlər kəskin pisləşib, tərəflər qarşılıqlı qaydada diplomatları ölkədən xaric ediblər.

Həmçinin bir sıra Qərb dövlətləri yüzlərlə rusiyalı diplomatı ölkədən çıxarıb.

XS
SM
MD
LG