Keçid linkləri

Təcili xəbərlər
2020, 29 Oktyabr, Cümə axşamı, Bakı vaxtı 00:52

Xınalıqda 2500 il yaşı olan nekropol tapılıb


Nekropol

Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutu Qubanın Xınalıq kəndində eramızdan əvvəl I minilliyin ortalarına və ikinci yarısına aid edilən qədim nekropol aşkar edib.

Xəbəri AMEA-nın mətbuat xidməti yayıb. Arxeoloji ekspedisiyanın rəhbəri İdris Əliyev bildirib ki, ilkin aşkar edilən və tədqiq olunan 12 qəbir, əsasən, şərq-qərb istiqamətlidir. O, qəbirlərin üzərinin və divarlarının daş plitələrlə örtüldüyünü deyib.

«Aşkar edilmiş skeletlər, əsasən, sağ, həmçinin sol böyrü, həm də beli üzərində uzadılmış vəziyyətdədir. Onların kəllələri şimal-qərbə istiqamətlənib. Skeletlər və onlardan nümunələr antropoloji və d. çeşidli analizlər üçün götürülüb», -ekspedisiya rəhbəri qeyd edib.

Onun sözlərinə görə, tədqiq edilmiş qəbirlərdə zəngin dəfn inventarı aşkar edilib: «Dəfn inventarı içərisində tunc və dəmirdən hazırlanmış silahlar (nizə, ox ucluqları, o cümlədən, iskitlərə xas ox ucluğu), tuncdan bəzək əşyaları (qolbaqlar, asmalar, tac formasında dəmir lövhələr - alınlıqlar, saç sancaqları), çoxsaylı əqiq, pasta mənşəli muncuqlar və digər maddi mədəniyyət nümunələri qeyd edilib. Maddi mədəniyyət nümunələri ərazinin müasir Azərbaycanın Şimali-Qərb və Şimali-Şərq regionları, həmçinin, müasir Dağıstan (Rusiya Federasiyası) ilə öz dövründə intensiv mədəni əlaqələrə malik olmasını bariz nümayiş etdirməkdədir».

Alimin sözlərinə görə, 12 qədim qəbrin tarixini təqribən e.ə. I minilliyin ortalarına və ikinci yarısına aid etmək olar.

Multimedia

XS
SM
MD
LG