Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 09:19

Krımda daha bir ukraynalı həbsə məhkum edilib


Yevhen Panov (sağda)
Yevhen Panov (sağda)

Rusiyanın nəzarətində olan məhkəmə ukraynalı Yevhen Panov-a 8 illik həbs cəzası kəsib. O, sabotajda ittiham olunur, amma Kiyev ittihamları əsassız sayır.

İyulun 13-də Krım Ali Məhkəməsi Panov barəsində hökmü qüvvədə saxlayıb. O, qanunsuz silah saxlamaqda, silah və partlayıcı maddə qaçaqçılığında, sabotaj planlaşdırmaqda təqsirli bilinib.

Rusiya hakimiyyəti Panov-u və ukraynalı dostu Andriy Zakhtey-i 2016-cı ilin avqustunda Krımda saxlayıb. Onlar iki nəfərlik “sabotaj qrupu” yaratmaqda, yarımadada bir neçə hücum planlaşdırmaq cəhdində ittiham olunublar.

Andriy Zakhtey-in həyat yoldaşı Oksana Zakhtey
Andriy Zakhtey-in həyat yoldaşı Oksana Zakhtey

Təqsirini boynuna alan Zakhtey fevralda mühakimə olunub və 6 il yarım həbsə məhkum edilib.

“PROVOKASİYA”

Panov-un məhkəməsi apreldə başlanıb, təqsirsiz olduğunu deyib.

Kiyev ittihamları rədd edib, bu iki şəxsin həbsini “provokasiya” sayıb.

Rusiya bir neçə ukraynalını hüquq müdafiəçilərinin saxta, siyasi motivli adlandırdığı ittihamlarla mühakimə edərək həbsə atdırıb.

Moskva 2014-cü ilin martında Ukraynanın Krım regionunu ilhaq edib.

Ötən ilin martında Avropa Parlamenti Rusiyanı 30-dan çox ukraynalını azad etməyə çağırıb. Onlar ya həbsdədirlər, ya da Rusiyada, Krımda, Ukraynanın separatçıların nəzarətində olan şərqində azadlıqları məhdudlaşdırılıb.

2014-cü ildə Ukraynada rusiyapərəst prezident Viktor Yanukovych Maydan hərəkatı nəticəsində devriləndən sonra Rusiya Krıma nəzarət ala bildi.

Bundan sonra Rusiya Ukraynanın şərqində iğtişaş yaradıb, Kiyevin opponentlərini dəstəkləyib. 2014-cü ilin aprelindən Ukraynanın şərqindəki münaqişədə 10 min 300-dən çox ölən olub.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG