Keçid linkləri

2024, 05 Oktyabr, şənbə, Bakı vaxtı 01:13

Trump-ın Putin-ə “düşmən yox, rəqib” deməsi konqresdəkiləri qəzəbləndirib


Helsinkidə kitab mağazasında Putin və Trump-ın təsvirləri olan Matryoşkalar satılır
Helsinkidə kitab mağazasında Putin və Trump-ın təsvirləri olan Matryoşkalar satılır

ABŞ prezidenti Donald Trump-ın Rusiyaya “düşmən yox, rəqib” deməsi konqresmenlərin bəzilərində narahatlıq və qəzəb yaradıb.

Konqresmenlərin iyulun 12-də bildirməsinə görə, Trump-ın Rusiyanın yanlışlarını gözardı etmək həvəsindən əndişələniblər. Onlar Trump-a xəbərdarlıq ediblər ki, iyulun 16-da Helsinkidə keçirilməsi planlaşdırılan sammitdə Rusiya prezidenti Vladimir Putin-lə yumşaq davranmasın.

***Buna da bax: Trump: NATO müttəfiqləri müdafiə xərclərini artırmağa razılaşdılar

“TRUMP BUNU ETMƏZSƏ...”

“Putin Amerikanın dostu deyil, heç rəqibi də deyil. Putin Amerikanın düşmənidir , biz bunu arzuladığımız üçün deyil, bunu seçdiyi üçün”, – senatın silahlı xidmətlər komitəsinin sədri John McCain deyib.

“Helsinki görüşündə Putin-in hərəkətlərinə görə məsuliyyətini qabartmaq Prezident Trump-ın işidir. Bunu etməzsə, dünyada Amerikanın liderliyinə ciddi hökm çıxarılmış olar”, – o söyləyib.

John McCain
John McCain

Trump bu sammitin gərginliyi azaltmaq imkanı yaradacağını vurğulayır. Son illər Rusiyanın Ukraynanın Krım yarımadasını ilhaq etməsi, Suriya prezidenti Bashar al-Assad-a dəstəyi, Rusiyanın 2016-cı ildə ABŞ-da seçkiyə müdaxilə ittihamları gərginliyi artırıb.

ABŞ konqresmenlərinin çoxu istəyir ki, Trump Rusiyanın hərəkətlərini həm Putin-lə qapalı, həm də açıq görüşlərində pisləsin.

Konqres ümumilikdə Putin Rusiyasına qarşı sərt mövqe tutub, ötən il demək olar, yekdilliklə Moskvanı hədəfə alan sərt sanksiyaları təsdiqləyib. Konqresmenlər narahatdırlar ki, Trump Putin-i, özəlliklə də, seçkiyə müdaxilə məsələsinə görə məzəmmət edə bilməyəcək. Sanksiya qanunvericiliyinə də əsasən bu ittihamlar səbəb olmuşdu.

“PUTİN DEMOKRATİYANIN DÜŞMƏNİDİR”

Rusiya ittihamları rədd edir. Amma ABŞ-ın kəşfiyyat agentlikləri, senatın kəşfiyyat komitəsi Moskvanın seçkiyə müdaxilə etməsi qənaətinə gəlib. Xüsusi prokuror Robert Mueller isə seçki kampaniyası zamanı iddia olunan müdaxiləyə görə Rusiyadan 13 təşkilata və fərdə ittiham irəli sürüb.

Jeff Flake
Jeff Flake

Trump məsələni Putin-lə müzakirə edəcəyini söyləyib. Ancaq indiədək tvitlərində Putin-in müdaxiləni rədd etməsindən misal çəkib.

ABŞ prezidenti Brüsseldə keçirilən NATO sammiti ərəfəsində zarafatla deyirdi ki, Putin-lə görüş onun bir həftəlik Avropa səfərinin “ən asan” hissəsi olacaq

Respublikaçı senator Jeff Flake Trump-ı bu sözlərinə görə tənqid edib.

“Rusiya prezidenti xəyanət və casusluq məktəbi keçmiş biridir. O, opponentlərini həbsə atdırır, qətlə yetirir, mafiya dövlətinə rəhbərlik edir, demokratiyanın düşmənidir. Niyə Putin-lə görüş ona qarşı sədd çəkmələrini gözlədiyimiz müttəfiqlərimizlə görüşdən asan olmalıdır”, – Flake senatdakı çıxışında deyib.

Putin bu ilin martında daha altı illiyə prezident postuna seçilib. Əsas müxalifət lideri Aleksei Navalny səsverməyə buraxılmayıb, özü bunu saxta bəhanə adlandırıb.

XS
SM
MD
LG