Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 11:22

Argentina Velayati-nin həbsini istəyir


Vladimir Putin (sağda) və Ali Akbar Velayati
Vladimir Putin (sağda) və Ali Akbar Velayati

Argentinanın Xarici İşlər Nazirliyi Rusiyadan İranın keçmiş xarici işlər naziri Ali Akbar Velayati-nin həbsini və ekstradisiyasını istəyib. Onun 1994-cü ildə Buenos Ayresdə partlayışda 85 nəfərin ölümüylə nəticələnmiş partlayışda əli olduğu iddia edilir.

Hazırda İranın ali dini lideri Ayatollah Ali Khamenei-nin baş müşaviri olan Velayati iyulun 12-də Moskvada prezident Vladimir Putin-lə görüşüb. O, iyulun 13-də Çinə getməyi planlaşdırılır.

İRANIN DİGƏR RƏSMİLƏRİNƏ DƏ İTTİHAMLAR VAR

Nazirlik bildirir ki, eyni ekstradisiya xahişini Çinə də göndərib və Rusiyadan xahişinə cavab gözləyir. Xahişin “iki ölkə arasındakı ekstradisiya sazişi çərçivəsində olunduğu” bildirilir.

1994-cü il iyulun 18-də Argentina İsrail Qarşılıqlı Assosiasiyasının qərargahında bomba partlayışı törədiləndə Velayati xarici işlər naziri idi. Həmin partlayışda 85 nəfər həlak olub, 300 nəfər yaralanıb. Bu, Argentina tarixində ən böyük terror hücumu sayılır.

Argentinalı müstəntiqlər Velayati-ni “hücumun ideoloji təşkilatçıları”ndan biri sayır. Hücumun Argentinanın 300 min nəfərlik yəhudi əhalisini hədəfə aldığı bildirilir.

Velayati Argentinada “irqi və dini nifrətə söykənən qətl törətməkdə” ittiham olunur.

Livanın şiə Hizballah yaraqlı qruplaşması yəhudi mərkəzinə, eləcə də Buenos Ayresdəki İsrail səfirliyinə hücumun təşkilində də suçlanır. Həmin hücumlarda 29 nəfər həlak olub, hər ikisinin arxasında Tehranın durduğu iddia olunur.

Cristina Fernandez de Kirchner
Cristina Fernandez de Kirchner

İran və Velayati hücumlarda əli olmadığını bildirir.

Argentina prokurorları İranın mərhum prezidenti Akbar Hashemi Rafsanjani-nin, eləcə də İslam İnqilabı Qvardiyasının komandiri Mohsen Rezaie-nin də hücumların arxasında durduğunu iddia edir.

KEÇMİŞ PREZİDENTƏ İTTİHAM

Son 20 il ərzində Argentina şübhəliləri istintaqa cəlb edə bilməyib. Keçmiş prezident Cristina Fernandez de Kirchner-in ətrafında da qalmaqal yaranıb. O, 2013-cü ildə İranla bir razılaşma əldə edib və prokurorlar bu sənədin şübhəli iranlıların mühakimədən yayınmasına şərait yaratdığını deyir.

Fernandez və bir neçə köməkçisinə dekabrda vətənə xəyanət ittihamları irəli sürülüb. Müstəntiqlərin deməsinə görə, 2013-cü il sazişi Buenos Areslə münasibətlərin normallaşması və neft əvəzinə buğda sövdələşməsi müqabilində İranın hüquqi mühakimədən yayınmasına şərait yaradıb.

Razılaşma çərçivəsində yəhudi mərkəzinin bombalanmasının istintaqı üzrə birgə komissiya yaradılıb. Tənqidçilərin fikrincə, məqsəd əslində, İranı məsuliyyətdən kənar tutmaq olub.

Fernandez ittihamları rədd edib, deyib ki, İranla Argentina arasında ekstradisiya razılaşması olmadığı üçün belə bir saziş əldə edib.

Argentina qiyabi məhkəmələr qurmadığından hakimiyyətin bomba hücumlarına başqa reaksiya yolu qalmır.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG