Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 03:52

'Çudo-Peçka'ların sahibinə 13 il həbs cəzası istənildi


'Çudo Peçka'nın sahibi həbs olunub
Gözlə

No media source currently available

0:00 0:00:47 0:00

'Çudo Peçka'nın sahibi həbs olunub

Bakıdakı məşhur «Çudo Peçka» mağazalarının sahibi Çingiz Cəlilova 13 il həbs cəzası istənilib. İyulun 12-də Bakı Ağır Cinayətlər Məhkəməsində prokurorun həbsdə olan işadamı üçün təklifi belə olub.

Ç.Cəlilov 2016-cı ilin sentyabrında lisenziyası ləğv edilən «Bank Standard»ın təxminən 14 milyon manatını bankın İdarə Heyətinin sədri olmuş Səlim Krimanla əlbir olub mənimsəməkdə suçlanır. İş materiallarında yazılıb ki, o, S.Krimanla razılaşıb, dəyəri şişirdilmiş əmlaklar girov qoyaraq, «Bank Standard»dan 21 milyon 874 manat kredit götürüb.

Sonra da bir neçə dəfə restrukturizasiya (kredit və ya onun ödənilməsi şərtlərinin dəyişdirilməsi) etdirib. Son nəticədə 13 milyon 962 min manat mənimsənilib. İddia olunur ki, bu pul Cəlilovla Kriman arasında bölüşdürülüb.

Prokuror deyib ki, ittiham məhkəmə araşdırması zamanı sübuta yetirilib.

Bank bu iş üzrə zərərçəkmiş qismində tanınıb və dəymiş ziyanın ödənilməsi üçün mülki iddia qaldırıb. Prokurordan sonra bankın nümayəndəsi çıxış edib. Dövlət ittihamçısının fikirləriylə razılaşdığını deyən bank təmsilçisi həm də mülki iddialarının təmin olunmasını istəyib.

Ç.Cəlilovun özü və ailə üzvlərinin adına olan 7 milyon 300 min manatlıq əmlakın üzərinə həbs qoyulub.

«Səlim dedi, bu, Heydər Babayevin qərarı idi»

«Çudo Peçka» və «ÇP Aqro» MMC-lərin təsisçisi olan Ç.Cəlilov Cinayət Məcəlləsinin 179 (mənimsəmə), 308 (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham olunur.

Amma o, özünü təqsirli bilmir. Məhkəmədə də deyib ki, onu aldadıb yaxınlarının adlarına götürülmüş kreditləri başqaları mənimsəyiblər. İşadamı özəlliklə S.Krimanı günahlandırır. Deyir ki, ayrılmış kreditlərin böyük hissəsi heç ona gəlib çatmayıb: «Səlim kredit borcları ilə bağlı verdiyi sözlərə əməl etmədi. Onunla görüşüb baş verənlərin səbəbini, bizi niyə məhkəməyə vermək istədiyini aydınlaşdırmaq istədim. Səlim dedi ki, bu, bankın rəhbəri Heydər Babayevin (keçmiş iqtisadi inkişaf naziri-red.) və xanımının qərarı idi».

S.Kriman da 41 epizod üzrə təqsirli bilinərək, barəsində axtarış qərarı çıxarılıb. O, banka 114 milyon 757 min manat ziyan vurmaqda suçlanır.

Məhkəmə iyulun 20-də Ç.Cəlilovun vəkilinin çıxışı və özünün son sözü ilə davam edəcək.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG