Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 05:22

Prezident Margvelashvili: Gürcüstan “günü bugün” NATO-ya qoşulmağa hazırdır


Giorgi Margvelashvili (solda) və Jens Stoltenberg
Giorgi Margvelashvili (solda) və Jens Stoltenberg

Gürcüstan prezidenti Giorgi Margvelashvili AzadlıqRadiosuna deyib ki, onun ölkəsi “NATO-ya günü bugün qoşulmaq əzmindədir” və Tbilisi alyansın üzvü olmaq üçan “əslində hər bir tələbi yerinə yetririb”.

AzadlıqRadiosuna iyulun 11-12-si Brüsseldə keçirilən NATO dövlət başçıları sammiti əsnasında müsahibə verən prezident bildirib ki, “biz NATO-ya qoşulmağa hazır dayanmışıq, odur ki, bu tamamilə NATO-ya üzv ölkələrdən asılı bir məsələdir”.

29 üzvü olan alyans sammitin sonunda qəbul edilmiş bəyanatında bildirir ki, “biz Gürcüstanın alyansın üzvü olacağına dair 2008-ci il Buxarest sammitində qəbul etdiymiz qərarımızı bir daha təsdiqləyirik”.

Bəyanatda bu da qeyd olunur ki, Gürcüstan NATO üzvlüyü üçün islahatların həyata keçirilməsində “əhəmiyyətli tərəqqi” edib.

***

“Gürcüstan NATO-ya üzv olacaq. Müttəfiq liderlər bunu dünən bir daha təsdiqlədilər”. NATO-nun baş katibi Jens Stoltenberg dünən – iyulun 11-də Gürcüstan prezidenti Giorgi Margvelashvili ilə görüşündə belə deyib.

Baş katib Gürcüstanı NATO-nun vacib tərəfdaşlarından biri adlandırıb, bu tərəfdaşlığın tərəfləri daha təhlükəsiz etdiyini vurğulayıb.

“Sizi üzvlüyə hazırlamaqdan ötrü işi davam etdirəcəyik. İslahatlarla bağlı əldə etdiyiniz proqres bizi təəssüratlandırır. Sizi bu işi davam etdirməyə çağırırıq”, – o deyib.

GÜRCÜSTANIN HƏDƏFİ

Stoltenberg NATO-nun Polşadakı Təlim Mərkəzi ilə Tbilisidəki NATO-Gürcüstan Birgə Təlim Mərkəzi arasında sıx əməkdaşlıqdan məmnunluğunu dilə gətirib. O, Gürcüstana Qara dəniz regionunda sabitliyə verdiyi töhfəyə görə təşəkkürünü bildirib. Baş katib hərbi alyansın Gürcüstanın ərazi bütövlüyünü dəstəklədiyini vurğulayıb.

Petro Poroshenko və Jens Stoltenberg
Petro Poroshenko və Jens Stoltenberg

Margvalashvili martda AzadlıqRadiosu-na deyirdi ki, Gürcüstanın hədəfi NATO-nun tam üzvü olmaqdır. Amma ölkənin xarici işlər naziri Tengiz Pkhaladze ötən həftə Brüssel sammitində üzvlüyə dəvət almaq şanslarının az olduğunu söyləyib. Onun deməsinə görə, Tbilisinin məqsədi “alyansın diqqətini üzləşdiyi təhlükəsizlik problemlərinə çəkmək”dir.

Ukrayna prezidenti Petro Poroshenko-ya müraciətində Stoltenberg söyləyib ki, bu ölkənin NATO-ya üzvlüyü uzunmüddətli hədəfdir və onu islahatları davam etdirməyə çağırıb. NATO baş katibi Rusiyanın Krımı ilhaq etməsini bir daha pisləyib, Ukraynanın suverenliyinə dəstəyini bəyan edib.

NATO-nun 2008-ci ildə Buxarest sammitində alyans liderləri Gürcüstan və Ukraynanın gələcəkdə bloka üzv olmasına razılaşıblar. O vaxtdan hər toplantıda iki ölkənin üzvlük perspektivi təsdiqlənir, di gəl, konkret tarix qoyulmur.

Alyans iyulun 11-də Makedoniyaya üzvlük dəvətnaməsi verib. Skopyenin NATO üzvü Yunanıstanla ad mübahisəsini həll edəndən sonra bloka qəbul ediləcəyi gözlənir.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG