Keçid linkləri

Təcili xəbərlər
2018, 18 Noyabr, bazar, Bakı vaxtı 19:07

Almaniyada iranlı diplomat saxlanıb


İranlıların Paris yaxınlığında tədbiri

Almaniyada iranlı diplomat həbs olunub. Prokurorların iyulun 11-də bildirməsinə görə, o, Fransada mühacirətdə yaşayan iranlılara qarşısı alınmış hücumun təşkilatçılığında şübhəli bilinir.

Avstriyada işləyən 46 yaşlı Assadollah Assadi Almaniyanın cənubundakı Bavariya vilayətində iyulun 1-də saxlanıb.

O, Belçikada yaşayan cütlüyə içində 500 qramlıq partlayıcı olan cihaz ötürməkdə şübhəli bilinir. Cütlüyə terror hücumu gerçəkləşdirmək tapşırığı verilibmiş.

Rəsmi məlumata görə, qrup iyunun 30-da Paris yaxınlığında 25 min iranlının qatıldığı yürüşə hücum planlaşdırıblar. Həmin iranlılar Tehran hökumətinə qarşı çıxırlar.

Belçika xüsusi xidməti cütlüyü Brüsseldə avtomobillərində saxlayıb. Onlar hücumu gerçəkləşdirə bilməyiblər. Diplomat isə ertəsi gün yanacaqdoldurma stansiyasında saxlanıb.

Assadi 2014-cü ildən İranın Vyanadakı səfirliyində akkreditə olunub. Almaniya prokurorları onun İranın kəşfiyyat xidmət üçün çalışdığını, iranlı müxalifət qruplarının monitorinqini apardığını bildirir.

Diplomata casusluq və sui-qəsd cəhdi ittihamları irəli sürülə bilər. Prokurorlar onun Belçikaya ekstradisiya olunacağını da istisna etməyiblər.

İran Assadi-yə qarşı ittihamları rədd edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG