Keçid linkləri

Təcili xəbərlər
2018, 17 Noyabr, şənbə, Bakı vaxtı 10:56

Pashinian Macron-la Dağlıq Qarabağdan danışıb


Emmanuel Macron (sağda) və Nikol Pashinian, 11 iyul, 2018-ci il

Ermənistanın baş naziri Nikol Pashinian iyulun 11-də NATO-nun baş qərargahında Fransa prezidenti Emmanuel Macron-la görüşüb.

AzadlıqRadiosu-nun erməni xidmətinin məlumatına görə, tərəflər Dağlıq Qarabağ münaqişəsini də müzakirə ediblər.

“Münaqişənin ATƏT-in Minsk qrupu çərçivəsində sülh yoluyla həllinin vacibliyi vurğulanıb. Nikol Pashinian Fransa daxil olmaqla, həmsədr ölkələrin bu yöndə səylərini yüksək qiymətləndirib. Baş nazir qeyd edib ki, Ermənistan Minsk qrupunun həmsədrliyi ilə sülh prosesinə sadiqdir və münaqişəni hərbi yolla həll etməyə istənilən cəhd demokratiya və insan haqlarına qəsd sayılmalıdır”, – məlumatda deyilir.

İyulun 11-də Brüsseldə Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovla Ermənistan xarici işlər naziri Zöhrab Mnatsakanyan da görüşüb.

Qarabağ münaqişəsi 1988-ci ildə başlayıb. 1994-cü ildə atəşkəs razılığı əldə edilənə kimi erməni tərəf Dağlıq Qarabağ bölgəsini və ona bitişik 7 rayonu, daha bir neçə kəndi işğal edib.

Problemin həlli ATƏT-in Minsk qrupuna həvalə edilib. ABŞ, Fransa və Rusiya həmsədr dövlətlərdir.

Günün bütün mövzuları

XS
SM
MD
LG