Keçid linkləri

Təcili xəbərlər
2018, 22 İyul, bazar, Bakı vaxtı 05:27

Yaponiyanın baş naziri daşqın ərazisinə baş çəkib


Shinzo Abe (ortada) sığınacaqda

Yaponiyanın baş naziri Shinzo Abe ölkənin qərbində leysan və daşqınların ziyan vurduğu şəhərə baş çəkib. Son bir həftədə bölgədə azı 176 nəfər həlak olub.

Rəsmilərin iyulun 11-də bildirməsinə görə, Abe gün ərzində Kuraşiki şəhərindəki məktəbdə yaradılmış təxliyə mərkəzində də olacaq.

Kuraşikidən keçən çay səddi dağıdıb, yaşayış ərazilərini basıb. Burada 40-dan çox adam həlak olub.

Son bir həftədə Hiroşima yaxınlığına düşən leysan yağışlar isə daşqınlara, torpaq sürüşmələrinə səbəb olub, binalar, evlər dağılıb.

Hazırda Yaponiyanın mərkəzində və qərbində 10 mindən çox adam sığınacaqlarda qalır.

Temperaturun 35 dərəcəyə yüksəlməsi evsiz, elektrik və daimi susuz qalmış adamlara yeni problemlər yaradıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG