Keçid linkləri

Təcili xəbərlər
2018, 18 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 22:05

Serzh Sarkisian-ın qardaşı oğluna cinayət suçlaması


Hayk Sarkisian

Ermənistanın keçmiş prezidenti Serzh Sarkisian-ın qardaşı oğlu Hayk Sarkisian-a adam öldürməyə cəhd ittihamı irəli sürülüb və onun həbsi barədə vəsatət qaldırılıb.

Hayk Sarkisian həm də qanunsuz silah əldə etmə və saxlamada ittiham olunur. Məlumatı Ermənistanın istintaq komitəsinin mətbuat xidməti yayıb.

İstintaq materiallarına görə, 2007-ci ilin aprelində Yerevan sakini David Simonyan xəstəxanaya yerləşdirilib. Elə həmin gün Artur Gevorkyan adlı şəxs polisə gedərək tapança təqdim edib, silahı evinin yanında tapdığını, təsadüfən dostu Simonyana atəş açdığını bildirib.

Cinayət işi üzrə barışıq əldə olunub və bağlanıb.

Ancaq bu il iyulun 3-də baş prokurorluq yeni detallara əsaslanaraq istintaqı bərpa edib. Simonyanı Artur Gevorkyan-ın deyil, Hayk Sarkisian-ın vurduğu, bunun təsadüfi deyil, məqsədli atəş olduğu müəyyənləşdirilib.

Müstəntiq Sarkisian barəsində həbs qətimkan tədbiri seçilməsi üçün məhkəməyə müraciət edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG