Keçid linkləri

Təcili xəbərlər
2020, 29 Oktyabr, Cümə axşamı, Bakı vaxtı 18:40

DTX Suriyaya gedən Azərbaycan vətəndaşlarının sayını açıqladı


"Arvadım İŞİD-ə qoşulub"
Gözlə

No media source currently available

0:00 0:11:16 0:00

"Arvadım İŞİD-ə qoşulub"

«Suriyaya - münaqişə bölgəsinə gedən Azərbaycan vətəndaşlarının sayı min nəfərdən çox olub».

APA-nın məlumatına görə, bunu Dövlət Təhlükəsizliyi Xidmətinin şöbə rəisi Suad Mahmudov bildirib.

S.Mahmudov deyib ki, Şimali Qafqazdakı terror qruplaşmalarına qoşulan Azərbaycan vətəndaşlarının sayı onlarla ölçülürdüsə, Əfqanıstan və Pakistana getmiş Azərbaycan vətəndaşlarının sayı 300-ə yaxın, Suriyadakı münaqişə bölgəsinə gedənlərin sayı isə 1000-dən artıq olub.

DTX rəsmisi bunun səbəbini belə izah edib: «Bu, nəyin nəticəsində baş verib? Təbii ki, reklamın. Hər bir münaqişənin ekstremistlərə məxsus kütləvi informasiya vasitələrində, internet saytlarında, eyni zamanda, sosial şəbəkələrdə aparılan süni təbliğatı buna təsir etdi. Niyə Suriyadakı hadisələrə qoşulan çox oldu? Çünki bu hadisələrin təbliğatına daha çox önəm verildi, daha çox vəsait ayrıldı. Təbii ki, bütün bu proseslər DTX tərəfindən ciddi nəzarətə götürülür. Bunların qarşısının alınması üçün tərəfimizdən tədbirlər həyata keçirilir. Nəticədə bu gün Azərbaycanda dini radikalizm prosesinin qarşısı alınır».

Azərbaycan rəsmiləri əvvəllər də Azərbaycandan Suriyaya döyüşməyə gedənlərin olduğunu bildiriblər. Onlardan həbs edilənlər, vətəndaşlıqdan məhrum edilənlər də var.

Ekspertlər Suriyaya döyüşməyə gedənlərin bəzən işsizlikdən, çarəsizlikdən, bəzən də məlumatsız olduqlarından, aldadılaraq getdiklərini bildirir və dövləti lazımi təbliğat aparmadığına görə tənqid edirlər.

Ötən həftə Gəncənin icra başçısını və polis serjantını yaralayan Yunis Səfərovun da Suriyada təlim keçdiyi iddia olunur. Rəsmi məlumata görə, onun məqsədi Azərbaycanda şəriət qanunları ilə idarə olunan islam dövləti qurmaq, bundan ötrü bir neçə tanınmış dövlət məmurunu öldürməklə respublikada ajiotaj, xaos, vahimə yaratmaq, nəticə etibarı ilə hakimiyyətin zorla ələ keçirilməsini təşkil etmək olub.

Y.Səfərov saxlanıldıqdan sonra qısa açıqlamasında icra başçısını vurduğunu etiraf etsə də, digər ittihamlara hələlik münasibət bildirməyib. Onun vəkili isə yerli mətbuata bu haqda heç nə deməyib, Səfərovun özünün açıqlama verəcəyini söyləyib.

Multimedia

XS
SM
MD
LG