Keçid linkləri

Təcili xəbərlər
2021, 18 İyun, Cümə, Bakı vaxtı 01:32

Mustafa Hacılı bu gün prokurorluğa çağrılıb


Mustafa Hacılı

Müsavat Partiyası mətbuat xidmətinin rəhbəri, bastainfo.com saytının rəhbəri Mustafa Hacıbəyli iyulun 10-da Baş Prokurorluğa çağrılıb. Bunu M.Hacıbəylinin qardaşı, Müsavat Partiyasının başqanı Arif Hacılı bildirib. Onun sözlərinə görə, M.Hacıbəylinin Baş Prokurorluğa çağrılması Gəncənin icra başçısı Elmar Vəliyevə qarşı iyulun 3-də baş vermiş sui-qəsdə dair bastainfo.com-da dərc edilən yazılarla bağlıdır.

Amma A.Hacılı bunun konkret hansı yazılarla bağlı olduğunu bilmədiyini söyləyib.

İyulun 3-də Gəncə şəhərində Yunis Səfərov adlı şəxs Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı E.Vəliyevə silahlı sui-qəsd edib. Bu sui-qəsd nəticəsində icra başçısı ilə yanaşı, polis serjantı da yaralanıb.

Y.Səfərov polislər tərəfindən həbs edilib. Rəsmilər onun terror hadisəsi törətmək istədiyini bildirirlər. Amma onun terrorçu olmasına şübhə edənlər də var.

Baş Prokurorluq isə iyulun 9-da bu məsələ ilə bağlı yazılar dərc edən bəzi saytların rəhbər şəxslərinə cinayət işi açıb, dörd saytın bloklanması üçün Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə müraciət edib.

Eyni zamanda, sosial mediada bu haqda yazanlardan bir neçəsinə 10-30 sutka iş verilib, bir neçəsi haqda cinayət işi açılıb.

Müxalifət və müstəqil mütəxəssislər hakimiyyətin bununla söz və ifadə azadlığını məhdudlaşdırdığını bildirirlər.

XS
SM
MD
LG