Keçid linkləri

Təcili xəbərlər
2020, 25 Oktyabr, bazar, Bakı vaxtı 06:28

“Reuters”in müxbirləri mühakimə olunacaq


Birmada rohinca qaçqın uşaqları

“Reuters” agentliyinin iki əməkdaşı rohinca böhranını xəbərləyərkən Birmanın (Myanma) gizlilik qanunu pozmaqda suçlanır və mühakimə olunmalıdır. Bu barədə hakim iyulun 9-da qərar çıxarıb.

32 yaşlı Wa Lone və 28 yaşlı Kyaw Soe Oo Birma vətəndaşlarıdır, hər ikisi “dövlət sirləri qanunu çərçivəsində” ittiham olunur. İlk məhkəmə iyulun 16-na təyin edilib.

İttihamlar sübuta yetirilərsə, onların hər birinə 14 il həbs cəzası kəsilə bilər.

Jurnalistlər Birmanın qərbindəki rohinca böhranıyla bağlı reportajlar hazırlayıblar. Dövlət təhlükəsizlik qüvvələri rohincalara qarşı qəddarlıqda suçlanıblar, etnik müsəlman olan 700 minədək rohinca qonşu Banqladeşə qacmalı olub.

Müxbirlər dekabrda saxlanıblar.

“Reuters” əməkdaşlarının günahsız olduğunu, sadəcə, öz peşələri ilə məşğul olduqlarını bildirir.

XS
SM
MD
LG