Keçid linkləri

Təcili xəbərlər
2020, 21 Oktyabr, çərşənbə, Bakı vaxtı 21:01

Türkiyədə qatar qəzasında 24 nəfər ölüb


Arxiv fotosu

İyulun 8-də Türkiyədə qatar qəzasında azı 24 nəfər ölüb, 70-dən çox yaralı var.

Rəsmi məlumata görə, ölkənin şimal-qərbindəki Tekirdağ vilayətində 360-dan çox sərnişinin olduğu qatar relsdən çıxıb.

Tekirdağ valisi Mehmet Ceylan NTV telekanalına deyib ki, “xeyli sayda yaralı var”.

Nəqliyyat Nazirliyi qatarın altı vaqonunun relsdən çıxdığını, hadisəyə leysan yağışlar nəticəsində torpaq çöküşünün səbəb olduğunu bildirir.

Rəsmi Anadolu agentliyi prezident Recep Tayyip Erdogan-a qəza barədə məlumat verildiyini, onun ölənlərin ailələrinə başsağlığı verdiyini yazır.

XS
SM
MD
LG