Keçid linkləri

Təcili xəbərlər
2018, 23 İyul, Bazar ertəsi, Bakı vaxtı 19:53

Elon Musk Tailandda mağarada qalmış yeniyetmələrin xilas edilməsinin yolunu tapıb


Foto arxiv

“SpaceX və Tesla”şirkətinin rəhbəri Elon Musk mütəxəssislərlə, Tailandda mağarada qalmış yeniyetmələrdən ibarət futbol komandasının xilas edilməsini müzakirə edir.

Məlumatlara görə Elon Musk bunun üçün Tailanda xüsusi mütəxəssislər göndərib.

Elon Musk
Elon Musk

“Ekspertlərdən yaxşı xəbər var.Yenidən xilasedici kapsulanı müzakirə edirik, hansı ki, ondan istifadə kifayyət qədər təhlükəsiz olacaq. Bundan başqa sintetik, hava ilə doldurulan boru da nəzərdən keçirilir.

Ərazinin çətinliyini nəzərə alanda, onunla uğur qazanmaq şansı azdır, amma alınsa əla olacaq” deyə o özünün “Tvitter səhifəsində yazıb.

12 nəfərlik komanda üzvü və məşqçi iyunun 23-də gəzintiyə çıxarkən itiblər.

Onlar Txam Luanq mağarasına girəndə,leysan başlayıb, mağaranı su basıb və qrup ətraf mühitdən təcrid vəziyyətdə qalıb.

Xilasedicilər onların yeri 10 gündən sonra aşkar ediblər.

Amma hələlik onları mağaradan çıxarmaq mümkün olmayıb.

Yeniyetmələr və məşqçi bir neçə kilometrlik dərinlikdədirlər.

Amma onlara yemək, kimyəvi fanarlar və xilasedici odeyallar çatırıblar.

Yaxın günlərdə xilasedici əməliyyata başlanmalıdır.

Sənin fikrin

Şərhləri göstər

Günün bütün mövzuları

XS
SM
MD
LG