Keçid linkləri

Təcili xəbərlər
2018, 23 Sentyabr, bazar, Bakı vaxtı 17:01

Aralıq dənizi vasitəsi ilə Avropaya qaçqın axını azalıb


Foto arxiv

Bu ilin ilk yarısında Aralıq dənizi vasitəsi ilə Avropaya qaçqın axını iki dəfə azalıb.

AzadlıqRadiosu Rusiya xidmətinin Beynəlxalq Miqrasiya Xidməti-nə (İOM) istinadla verdiyi məlumata görə, bu ilin yanvarından iyuladək dənizi 46 min, ötən ilin eyni dövtündə isə 101 min qaçqın keçib.

2016-cı ilin eyni dövtündə isə Avropaya Aralıq dənizindən 231 min qaçqın keçib.

Gələn qaçqınların çoxu-təxminən 17 min nəfəri İtaliyaya,16 mini İspaniyaya, təxminən 14 min nəfəri isə Yunanıstana keçib.

Minlərlə miqrantın isə dənizdə batdığı bildirilir.

Təkcə 2018-ci ildə təxminən 1500, ötən ilin birinci yarısında isə 2500 nəfərədək miqrant ölüb.

Günün bütün mövzuları

XS
SM
MD
LG