Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 04:58

AXCP fəalına 30 sutka verildiyi bildirilir


Foto arxivdəndir
Foto arxivdəndir

Bu gün, iyulun 4-də Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) fəalının saxlandığı, ardınca inzibati həbslə cəzalandırıldığı bildirilir.

Bu haqda AXCP-dən məlumat veriblər.

Partiyadan deyiblər ki, AXCP-nin Nəsimi rayon təşkilatının fəallarından olan Yaşar Fərazi bu gün, iyulun 4-də yaşadığı Abşeron rayonunda saxlanıb. Onu Abşeron Rayon Polis İdarəsinin əməkdaşlarının evindən apardığı bildirilir.

İdarədən yaxınlarına onun saxlanılması barədə hər hansı məlumat verilməyib. Yalnız günün sonunda Yaşar Fəraziyə Abşeron Rayon Məhkəməsinin qərarı ilə 30 sutka inzibati həbs cəzası verildiyi haqda məlumat əldə ediblər.

Cəbhəçinin polisin qanuni tələbinə əməl etməməkdə günahlandırıldığı deyilir.

Ancaq Abşeron Rayon Məhkəməsindən və eləcə də polis idarəsindən AXCP üzvünün saxlanıb, inzibati həbs cəzası alması barədə deyilənlərə, hələlik, münasibət öyrənmək mümkün olmayıb.

Son vaxtlar AXCP-nin bir neçə fəalına “polisin qanuni tələbinə tabe olmamaq” ittihamı ilə inzibati həbs cəzası verilib.

Hazırda AXCP-nin 10-dan çox üzvü müxtəlif ittihamlarla uzunmüddətli həbsdədir. Hüquq müdafiə təşkilatları onları təqsirsiz hesab edərək siyasi məhbus adlandırırlar.

Hakimiyyət rəsmiləri isə ölkədə siyasi məhbus olması fikrini qəbul etmirlər. Onlar deyirlər ki, siyasi məhbus sayılan şəxslər konkret törətdikləri əmələ görə məsuliyyətə cəlb ediliblər.

XS
SM
MD
LG