Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 10:53

Rayon rəsmisi Göyçayda bərpa edilən körpünün çökmədiyini deyir, amma...-yenilənib


Göyçay, 3 iyun, 2018
Göyçay, 3 iyun, 2018

Komissiya sədri: “Yeni bərpa edilən körpüdə problem olmadığını deyir “

“Göyçay çayı üzərində bərpa edilmiş körpüdə çat olması və ya çökməsi barədə xəbərlər əsassızdır”.

Bunu Göyçay Rayon İcra Hakimiyəti başçısının birinci müavini, Fövqəladə Hallar Komissiyasının sədri İkram Vəliyev bildirib.

Onun sözlərinə görə, körpü bərpa edilərkən asfalt hündür vürülüb, avtomobillərin körpüyə zərblə dəyməsi kimi hallar olub:

“Bundan irəli gələrək Avtomobil Yolları Agentliyi cümə günü, yəni, iyunun 29-da texnika cəlb edərək asfaltın hündürlüyünü bir qədər azaldıb və görülən iş bundan ibarət olub”.

İ.Vəliyevin bildirməsinə görə, indi körpü üzərindən avtomobilin nəqliyyatı öz axarı ilə gedir və hər hansı problem yoxdur:

“Odur ki, körpüdə hər hansı problem olduğunu söyləməyin yeri yoxdur”.

Ötən həftə iyunun 29-da Göyçay çayı üzərində yenicə bərpa edilən körpünün çökməsi barədə məlumat yayılmışdı. Bunun nəticəsində iyunun 30-da Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Göyçay çayı üzərindən keçən hissəsində nəqliyyatın hərəkətinə problemlər yaradıldığı vurğulanırdı.

***

Göyçay çayı üzərində bu yaxınlarda bərpa edilən körpünün iyunun 30-da yenidən çökdüyü bildirilir.

APA-nın xəxəbərinə görə, əraziyə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin texnikaları cəlb olunub.

Xəbərdə vurğulanır ki, iyunun 30-u səhər saatlarından Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Göyçay çayı üzərindən keçən hissəsində nəqliyyatın hərəkətində fasilələrlə çətinliklər yaranıb. Körpüdə bərpa işlərinə başlanıb. Bir neçə dəfə yol bağlanıb, nəqliyyatın hərəkəti məhdudlaşıb və sonradan açılıb.

Hazırda yola yenidən asfalt örtüyünün vurulması ilə əlaqədar körpünün üstündən avtomobillərin keçidinin tamamilə dayandığı, tıxac yarandığı bildirilir.

Xatırlatma

İyunun 2-də Göyçay çayına gələn sel nəticəsində bu çayın üzərindəki körpü uçmuşdu.

İyunun 7-də prezident İlham Əliyev körpünün bərpasından ötrü 3,5 milyon manat pul ayırmışdı.

Uzunluğu 76 metr olan körpünün təqribən 20 metrlik hissəsi yenidən bərpa olunub, iyunun 23-də istifadəyə verilmişdi.

Üstəlik, bu körpünün uçmasına görə, 7 sahibkarın həbs edildiyi bildirilir.Bu barədə Baş Prokurorluğun ekologiya və təbii sərvətlər, daxili işlər və fövqəladə hallar nazrilikləri ilə birgə açıqlamasında yazılırdı.

Birgə açıqlamada bildirilirdi ki, iyunun 2-də Bakı-Şamaxı-Yevlax yolunun 217-ci kilometrində Göyçay çayı üzərində yerləşən körpü qum-çınqıl yataqlarında aparılan qanunsuz istismar işləri səbəbindən uçub.

Cinayət Məcəlləsinin 192-ci (qanunsuz sahibkarlıq), 255-ci (yerin təkinin qorunması və istifadəsi qaydalarını pozma) və 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işinin açıldığı qeyd edilir.

Ancaq ittihamlara və bütün bu məsələlərə həbs edilən sahibkarların özlərindən, vəkillərindən hələlik, münasibət almaq mümkün olmayıb.

XS
SM
MD
LG