Çeçenistan lideri Ramzan Kadırov 28 yaşlı bacısı oğlu İbrahim Zakriyevi Qroznı meriyasının başçısı qoyub.
Hələ ki o, meriyaya müvəqqəti rəhbərlik edəcək. Bundan qabaq Zakriyev baş nazirin birinci müavini vəzifəsini tuturdu.
BBC-nin rus xidmətinin məlumatına görə, Çeçenistan hökumətinidəki yüksək vəzifəli məmurların təxminən üçdə biri Kadırovun qohum-əqrabasıdır.
Mer vəzifəsinin boşalması onunla bağlıdır ki, Kadırov şəhərin rəhbəri Muslim Xuşiyevi baş nazir təyin edib.
Baş nazir vəzifəsi isə ona görə boşalıb ki, hökumətin rəhbəri Abubakar Edelqeriyev Rusiya prezidenti Vladimir Putinin müşaviri vəzifəsinə təyinat alıb.
İbrahim, Kadırovun bacısı Zulay Kadırovanın oğludur. Onun atası Salman Zakriyev Çeçenistan parlamenti sədrinin birinci müavinidir.
Buna da bax: Ramzan Kadırov boşananları məcburən barışdırır
İbrahim Zakriyev müxtəlif illərdə Ramzan Kadırovun köməkçisi, müavini, daha sonra işlər idarəsinin rəhbəri kimi çalışıb.
O, həm də "Axmat" futbol kubunun vitse-prezidentidir.
BBC-nin rus xidməti yazır ki, Çeçenistandakı yüksək vəzifəli 158 məmurun 30 faizi Kadırovun qohumu 23 faizi həmkəndlisi, 12 faizi isə dostları və dostlarının qohumlarıdır
Hökumətdəki qərar verən 18 əsas fiqurun 8-i Kadırovun dostu, 3-ü qohumu, 2-si həmkəndlisidir.
Kadırovun ən yaxın dostları parlamentin spikeri Maqomed Daudov, Rusiya Dövlət Dumasının deputatı Adam Delimxanov və "Terek" xüsusi çevik reaksiya dəstəsinin komandiri Abuzayd Vismuradovdur.
Delimxanovun da qohumları hökumətdə xeyli postlara sahibdir.