Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 04:55

Mollalar etirazçıları 'casus və xain' adlandırır


Tehranda dolların bahalaşmasına etirazlar
Gözlə

No media source currently available

0:00 0:00:36 0:00

Tehranda dolların bahalaşmasına etirazlar

İranda etirazların səngiməsindən bir neçə gün sonra - cümə namazı zamanı insanlar qarşısında çıxış edən ruhanilər bəzi etirazlarçıları "casus, xain" adlandırıblar.

Azadlıq Radiosunun İran xidməti xəbər verir ki, belə etirazların ən güclüsü iyunun 24-də Tehranın böyük bazarında olmuşdu.

Etirazçılar bazardakı dükanların sahibləri idilər. Onlar hökuməti dolların bahalaşmasının qarşısını almamaqda ittiham etmişdilər.

İsfahandakı cümə namazı zamanı Ayətulla Seyed Abolhassan Mahdavi deyib ki, tacirlər xarici valyutanın kursunun "oynamasından" narazılıq etməkdə haqlı olublar, "amma onlar arasında casus, xain qrupu da olub".

Tehranın Böyük Bazarında etirazlar. 25 iyun, 2018
Tehranın Böyük Bazarında etirazlar. 25 iyun, 2018

Tehranın prokuroru isə daha da uzağa gedərək deyib ki. paytaxtdakı etirazların "bazarla heç bir əlaqəsi olmayıb."

Ayətulla Kazem Sediqi isə cümə günü prezident Hasan Rouhani-ni hökumətin tərkibində dəyişiklik etməyə çağırıb.

Onun fikrincə, ölkənin iqtisadi problemləri "Ali dini liderin məsləhətlərinə əməl etməməyin nəticəsidir".

Amma bununla belə ayətulla bildirib ki, "düşmənlər bazar etirazlarını dövlətə qarşı üsyan kimi təqdim etməyə çalışırlar".

Maraqlıdır ki, özü haqda islahatçı imici yarada bilmiş Rouhani də son etirazlar zamanı ən mühafizəkar ruhanilər kimi danışıb. iqtisadi problemlərə görə "İranın düşmənlərini" suçlayıb.

Kermanşahdakı cümə namazı zamanı Ayətulla Mostafa Olama deyib ki, ölkədəki iqtisadi çətinliklər "ABŞ-ın İrana qarşı apardığı iqtisadi müharibənin nəicəsidir".

Ayətulla hesab edir ki, "İranın bölgədə artan nüfuzu ABŞ-ı narahat edir və ABŞ İran müxalifətindən casus kimi istifadə edir".

Maraqlıdır ki, İran mətbuatında fərqli fikirlər də yer alıb.

Mühafizəkar "Jomhouri Eslami" qəzeti öz şərhində prezidenti "xalqa qulaq asmağa" çağırıb.

Mərkəzçi "Arman" qəzeti isə yazıb ki, ölkədəki iqtisadi problemləri İranın xarici ölkələrlə münasibətlərindəki gərginlik doğurur.

Hökuməti tənqid edənlərin çoxu prezidenti öz komandasında dəyişiklik etməyə çağırır. Ölkənin aparıcı iqtisadi nəşri "Donyaye Eqtesad" isə yazır ki, komanda üzvləri yox, ümumilikdə hökumətin iqtisadi siyasəti dəyişməlidir.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG