Keçid linkləri

Təcili xəbərlər
2018, 24 Sentyabr, Bazar ertəsi, Bakı vaxtı 02:04

Avropa Birliyi kimyəvi silah işlədilməsinə qarşı yeni mübarizə rejimi tətbiq edir


Brüssel

Avropa Birliyi kimyəvi silah işlədilməsinə qarşı mübarizədə yeni sanksiyalar rejimi tətbiq edir.

AzadlıqRadiosunda olan məlumata görə, liderlər bu barədə Brüssel sammitində razılığa gəliblər.

Amma yeni rejimin detalları barədə hələlik açıqlama verilmir.

Qeyd edək ki, bu addım, keçmiş rusiyalı kəşfiyyatçı Sergei Skripal və qızı Yuliyanın Böyük Britaniyadakimyəvi maddə ilə zəhərlənmələrindən 3 ay sonraya təsadüf edir.

Böyük Britaniya bəyan edib ki, bu hücumun arxasında Rusiya durur.

Moskva ittihamı rədd edir.

Buna görə iki ölkə arasındakı münasibətlər kəskin pisləşib və tərəflər qarşılıqlı şəkildə xeyli diplomatı ölkədən çıxarıblar.

Həmçinin ABŞ və digər Qərb ölkələri Böyük Britaniyaya həmrəylikolaraq eyni addım atıblar.

Günün bütün mövzuları

XS
SM
MD
LG