Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 13:11

Aslan İsmayılova 3 il həbs cəzası istənildi


Adjan İsmaylov
Adjan İsmaylov

Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev və onun vəkili bu tələblə çıxış edib. Onlar həbsdən başqa, Aslan İsmayılovun 100 min manat təzminat ödəməsini və Hafiz Hacıyevdən üzr istəməsini də istəyiblər.

Vəkillər Kollegiyasının keçmiş üzvü Aslan İsmayılova 3 il həbs cəzası kəsilməsi tələb olunub. İyunun 28-də Səbail Rayon Məhkəməsində Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev və onun vəkili bu tələblə çıxış edib. Onlar həbsdən başqa, Aslan İsmayılovun 100 min manat təzminat ödəməsini və Hafiz Hacıyevdən üzr istəməsini də istəyiblər.

Aslan İsmayılovla Hafiz Hacıyev arasında sürən məhkəmə çəkişməsində birinciyə qarşı xüsusi ittiham qaydasında iddia qaldırılıb.

Partiya sədri vəkilin CM-in 147 (böhtan) və 148-ci (təhqir) maddələriylə məsuliyyətə cəlb olunmasını tələb edib.

Daha öncə hakim Aslan İsmayılovun sosial şəbəkələrdə paylaşdığı və Hafiz Hacıyevin təhqir və böhtan saydığı yazıları ekspertizaya göndərmişdi. Nəticələr iyunun 28-dəki məhkəmədə açıqlanıb. Ekspert həmin yazılardakı bəzi ifadələri təhqir sayıb.

“30 il də keçsə, üzr istəməyəcəyəm”

Hafiz Hacıyev iddia edir ki, Aslan ismayılov öz yazılarında “canlı” və “məxluq” kimi ifadələr işlətməklə, eləcə də vəzifəli şəxsləri şantaj edib pul aldığını yazmaqla ona böhtan atıb. Aslan İsmayılovsa deyir ki, bu adamın adını çəkməyi özünə yaraşdırmadığına görə, onu “canlı” adlandırır.

Məhkəmədə yenə “canlı” adlandırılması Hafiz Hacıyevi qəzəbləndirib və o buna görə hakimin üstünə qışqırıb: “Orada niyə oturmusunuz, burada məni təhqir elətdirməyə? Mən çıxıb gedəcəyəm buradan...”.

Hakim öncə heç bir reaksiya verməyib. Çıxış üçün Aslan İsmayılova söz verilsə də, o imtina edib: “Bir ölkənin bayrağının, gerbinin altında hakimi təhqir edirlər və o da susursa, mən belə məhkəmədə əlavə söz demək istəmirəm. Hər şey aydındır...”.

Hakim fasilə elan edib vəgeri qayıdanda Hafiz Hacıyevə xəbərdarlıq edərək bildirib ki, etik qaydalara əməl etməsə, məhkəmə onun haqqında tədbir görəcək.

Ardından xüsusi ittihamçı Hafiz Hacıyev və vəkili çıxış ediblər. Onlar Aslan İsmayılova 3 il həbs cəzası kəsilməsini, onun 100 min manat təzminatla cəzalandırılmasını və üzərinə üzr istəmək öhdəliyinin qoyulmasını istəyiblər.

Aslan İsmayılovun məhkəmədə son sözü qısa olub: “Mən hər şeyə hazıram. Nəinki 3 il, hətta 30 il də keçsə, bu canlıdan üzr istəməyəcəyəm. Mən onun barəsində xalqın söylədiklərinin çox cüzi hissəsini dilə gətirmişəm. Yaddan çıxarmayın ki, bu hökm tarixdə qalacaq...”

Məhkəmənin hökmü iyunun 29-da elan ediləcək.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG