Keçid linkləri

2025, 14 İyun, şənbə, Bakı vaxtı 10:03

Serbiya-Braziliya, Cənubi-Koreya- Almaniya


 2018-ci il futbol çempionatının loqosu
2018-ci il futbol çempionatının loqosu

İyunun 27-də Rusiyada keçirilən futbol üzrə dünya çempionatının daha 4 oyun keçirilir.

F qrupunda Meksika İsveçlə qarşılaşır.

Meksika ilk 2 oyunda qələbə qazandığından onu heç-heçə də qane edir.

Növbəti mərhələyə adlamaq üçün İsveç millisinə isə mütləq qələbə lazımdır. Amma bunun üçün həm də Almaniya millisi məğlub olmalıdır.

Almaniya bu mərhələdə Cənubi Koreya ilə qarşılaşır.

Bu komandalara növbəti mərhələ üçün qələbə lazımdır.

E qrupunda isə Serbiya və Braziliya milliləri qarşılaşır.

Qlib növbəti mərhələyə adlayacaq.

Braziliyaya heç-heçə də bəsdir.

Bu qrupda İsveçrə isə Kosta-Rika ilə qarşılaşır.

İsveçrəni heç-heçə də qane edir.

Artıq Uruqvay, Rusiya, İspaniya, Portuqaliya, Fransa, Danimarka, Xorvatiya, Argentina, İngiltərə və Belçika 1/8 finala çıxıblar.

Dünya çempionatı

II tur

27 iyun

F qrupu

18:00. Cənubi Koreya - Almaniya

18:00. Meksika - İsveç

E qrupu

22:00. Serbiya - Braziliya

22:00. İsveçrə - Kosta-Rika

XS
SM
MD
LG