Keçid linkləri

Təcili xəbərlər
2018, 23 İyul, Bazar ertəsi, Bakı vaxtı 02:30

Suriya ordusu Deraa şəhəri istiqamətində hücuma keçib


Foto arxiv

Suriya ordusu ölkənin cənub-qərbində, Deraa şəhəri istiqamətində hücuma keçib.

Reutersin məlumatına görə, Rusiya təyyarələri iyunun 24-də həmin əraziləri bombalayıblar.

Amma itkilər barədə məlumat verilmir.

Həmçinin Suriyanın hərbi vertolyotları bazar ertəsinə keçən gecə Deraa şəhərinə zərbələr endiriblər.

Məlumata görə vertolyotlar şəhərə cəllək bombaları və əhalini, terrorçuları şəhərdən qovmağa çağıran vərəqələr atıblar.

Bu ərazi Colan yüksəkliklərinin yaxınlığında yerləşir və 2017-ci ildə orda doyüşsüz zona yaradıldığından həmin əyalətdə hərbi əməliyyat keçirilmirdi.

Qeyd edək ki, İordaniya, ABŞ və Rusiyanın vasitəçiliyi ilə Suriyada bir neçə belə zona yaradılıb.

6 ildən çoxdur ki, davam edən Suriya müharibəsində 400 mindən çox adam ölüb.

Sənin fikrin

Şərhləri göstər

Günün bütün mövzuları

XS
SM
MD
LG