Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 00:07

Yerevan meri ilə bağlı video etiraza səbəb olub, onun istefası tələb olunur


Yerevan meriyası
Yerevan meriyası

Yerevanda etirazçılar şəhər meriyasının əsas girəcəyini kəsərək mer Taron Markaryanın istefasını tələb edirlər.

Buna səbəb, meriya ilə bağlı aparılan araşdırmaların açıqlanması, istintaqla bağlı yayılan video olub.

Taron Markarian
Taron Markarian

Araşdırma aparılmasını baş nazirin köməkçisi Aren Mkrtçyan təklif edib.

Materiallara əsasən Taron Markaryan bütün karyersı boyu yalnız dövlət vəzifələrində çalışıb, böyük “var-dövlət” sahibidir.

Videoda deyilir ki, şəhər meriyası artıq “cinayət yerinə” dönüb. Videoda törədilmiş bütün cinayətlər sadalanıb və bu insanların qəzəbinə səbəb olub.

Buna da bax: "Erməni general Grigoryan 3 aylıq həbs edildi"

Mikael Markaryan adlı fəal AzadlıqRadiosunun erməni xidmətinə deyib ki, baş nazirin korrupsiya ilə mübarizə məsələləri üzrə köməkçisi Aren Mkrtçyan yazıb ki, işlə hazırda Milli təhlükəsizlik nazirliyi məşğul olur, ona görə də aksiya dayandırılır.

Qeyd edək ki, bundan əvvəl də şəhər meriyasının qarşısında dəfələrlə etiraz aksiyaları keçirilib.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG