Keçid linkləri

2024, 25 Oktyabr, Cümə, Bakı vaxtı 16:11

Rusiya-Uruqvaya,Portuqaliya-İrana qarşı


Iyunun 25-də futbol üzrə dünya çempionatının qrup mərhələsində son turun oyunları keçirilir.

A qrupunda mübarizə aparan Rusiya və Uruqvay yığmalarının görüşündə qrupun qalibi müəyyənləşəcək.

Qeyd edək ki, bu komandalar bundan əvvəlki hər iki görüşdə qalib gəlibler.

Bu qrupda mübarizə aparan Səudiyyə Ərəbistanı və Misir yığmalarının isə xalı yoxdur.

Bu komandalar da bu gün qarşı-qarşıya gələcəklər.

B qrupunda isə İran Portuqaliya millisi ilə qarşılaşır.

Bu görüşdən qalib çıxan növbəti mərhələyə adlayacaq.

Portuqaliyanı heç-heçə də qane edir.

İspaniya Mərakeş millisi ilə qarşılaşır.

uduzmayacağı halda, qrupdakı digər matçın nəticəsindən asılı olmayaraq adını 1/8 finala yazdıracaq.

İspaniya ilə Portuqaliyanın bu qrupda hərəyə 4, İranın 3, Mərakeşin isə 0 xalı var.

DÇ-2018

25 iyun

A qrupu

18:00. Uruqvay - Rusiya

18:00. Səudiyyə Ərəbistanı - Misir

B qrupu

22:00. İran - Portuqaliya

22:00. İspaniya - Mərakeş

XS
SM
MD
LG