Keçid linkləri

Təcili xəbərlər
2018, 20 Sentyabr, Cümə axşamı, Bakı vaxtı 13:20

Merkel deyir ki, miqrasiya siyasətində razılığa gəlmək çətin olacaq


Angela Merkel

Almaniya kansleri Angela Merkel etiraf edib ki, Avropa Birliyinin qarşıdan gələn sammitində bütün üzv ölkələrin miqrasiya siyasətində bir araya gəlməsi cətin olacaq.

AzadlıqRadiosunda olan məlumata görə, o bunu sammit qabağı Brüsseldə deyib, amma qeyd edib ki, bu məsələ ilə bağlı ikitərəfli və ya üçtərəfli razılaşmalar ola bilər.

Fransa prezidenti Emmanuel Macronun sözlərinə görə, miqrasiya böhranı artıq siyasi problemə dönüb.

Təkcə Avropa Birliyi sərhədlərinin qorunması yox, birliyin özünün daxilində miqrasiya axını da ciddi problemə çevrilib.

Xüsusilə İtaliya miqrasiya siyasətində islahatlar aparılmasını tələb edir.

Bu ölkə artıq öz limanlarını qaçqın daşıyan gəmilərin üzünə bağlayıb.

Başqa bir tərəfdən isə bir sıra Mərkəzi Avropa ölkələri qaçqınların Avropa Birliyi daxilində paylanmasına qarşı çıxırlar.

Söhbət qaçqın qəbuli ilə bağlı kvotadan gedir.

Avropa Birliyinin daxilində bu məsələ ilə bağlı mübahisə Almaniyanın özündə Merkelin mövqeini zəiflədə və bu hökumət böhranına apara bilər.

Təkcə Almaniya müharibə gedən Afrika və Yaxın Şərq ölkələrindən milyondan çox qaçqın qəbul edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG