Keçid linkləri

Təcili xəbərlər
2018, 19 Sentyabr, çərşənbə, Bakı vaxtı 00:56

Almaniya yığması üzr istədi


İsveç-Almaniya qarşılaşması, 23 iyun

Almaniya yığması Rusiyada keçirilən dünya çempionatında İsveçlə oyundan sonrakı hərəkətinə görə üzr istəyib.

Gərgin qarşılaşmadan son dəqiqədə vurulan qolla qalib ayrılan almanlar qələbəni rəqib komandanın ehtiyat oyunçular skamyası önündə qeyd ediblər.

İsveç yığmasının baş məşqçisi Yanne Andersson almanların bu hərəkəti "qeyri-korrekt" adlandırıb.

Onu da deyib ki, Almaniya yığması tərəfdən İsveçin ehtiyat oyunçular skamyasına tərəf bəzi jestlər göstərilib və bu qarşıdurmaya səbəb olub.

Günün bütün mövzuları

XS
SM
MD
LG