Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 01:17

Azərbaycan ordusu diversiya xəbərinə münasibət bildirdi


İllüstrasiya
İllüstrasiya

Ermənistanın Müdafiə Nazirliyi Azərbaycan tərəfini iyunun 17-dən 23-dək Qarabağda atəşkəsi pozmaqda, hətta şimal və şərq istiqamətlərində qumbaraatanlardan istifadə etməkdə suçlayıb.

Ermənistan tərəfi iddia edir ki, iyunun 17-də saat 21 45-də Azərbaycan ordusu şərq istiqamətində hərbi postlardan birinə diversiya yolu ilə daxil olmağa cəhd edib, amma bu cəhdin qarşısı alınıb.

Bundan başqa Ermənisan MN-nin məlumatında deyilir ki, son həftə ərzində Azərbaycan silahlı qüvvələrinin ön xəttin müxtəlif yerlərində hərəkəti müşahidə edilib.

"Ermənistan tərəfi bu kimi xəbərlər yaymaqla ordusundakı qanunsuzluqlar və nizamnamədən kənar münasibətlər nəticəsində mütəmadi olaraq baş verən qeyri-döyüş ölüm hadisələrini və cinayətləri ört basdır etmək məqsədini güdür".

Bu barədə Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-nın erməni mətbuatında Azərbaycan Ordusunun diversiya keçirməsi barədə yaydığı məlumata dair sorğusuna cavab olaraq bildirilib.

Buna da bax: Müəmmalı sual: Azərbaycan ordusu haranı tutub?

Qeyd olunub ki, Azərbaycan Ordusunun istənilən gündəlik fəaliyyəti erməni tərəfində xof və təşvişə səbəb olur.

"Bildiririk ki, Ordumuzun bölmələri heç bir diversiya fəaliyyəti həyata keçirməyib. Ermənistan mətbuatının yaydığı məlumatlar həqiqətə uyğun deyil və yalnız ölkə ictimaiyyətinin diqqətini ordusundakı özbaşınalıqlardan və artan qeyri-döyüş itkilərdən yayındırmağa yönəlib. Cəbhə xəttindəki əməliyyat şəraiti Qoşunlarımızın tam nəzarəti altındadır", - deyə nazirlikdən bildirilib.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG