Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 11:49

Erdogan: 'Nazirləri ixtisar edəcəm'


R.T.Erdogan
R.T.Erdogan

Türkiyə prezidenti Recep Teyyub Erdogan bildirib ki, bazar günü seçkilərdə qalib gəlsə, nazirlərin sayını 16 a endirəcək, hökumətin qərar vermə sürətini artıracaq. Prezident bunu iyunun 21-də ATV telekanalına müsahibəsində deyib.

“Mən baş nazir olanda hökumətdə 37 nazir var idi, biz onların sayını 26-a endirdik, indi 16-a salacağıq”.

Erdogan deyib ki, iqtisadiyyatla məşğul olan nazirliklərin sayı 6-dan 3-ə endiriləcək.

“Yeni sistemlə biz bürokratiyanı azaldacağıq. Qərarlar daha tez veriləcək, bütün xidmətlər real nəticəyə hesablanacaq”.

Erdogan deyib ki, nazirlərdən başqa, sosial, sağlamlıq və xarici siyasətlə bağlı doqquz siyasi kollegiya yaradılacaq və onlar prezidentə birbaşa hesabat verəcəklər.

İyunun 24-də Türkiyədə prezident və parlament seçkisi keçiriləcək.


AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG