Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 10:54

Pambıq tarlasında yendən kütləvi zəhərlənmə olduğu bildirilir


CFoto arxiv
CFoto arxiv

Tərtər rayonundakı pambıq sahələrindən birində kütləvi zəhərlənmə baş verdiyi bildirilir.

"Report"un Qida Təhlükəsizliyi Agentliyinə istinadən verdiyi xəbərə görə, hadisə iyunun 16-da rayonun Səydimli kəndində qeydə alınıb.

Bildirilir ki, təsərrüfat işi ilə məşğul olan zaman zəhərlənən 14 yerli sakin Yevlax Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Xəbərdə qeyd edilir ki, xəstəxanadan verilən məlumata görə, 9 nəfər tibbi yardım göstərilərək evə buraxılıb, digər 5 nəfərin vəziyyəti ağır olduğundan, onlar Reanimasiya şöbəsinə yerləşdirilib. Hazırda müalicə-müayinə işlərinin davam etdirildiyi vurğulanır.

Agentliyin xəbərində habelə vurğulanır ki, yaranmış vəziyyətlə bağlı Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları bölgəyə ezam olunub. Hadisənin baş verdiyi pambıq sahəsindən və digər sahələrdən laboratoriya məqsədi ilə nümunələr götürüldüyü, araşdırmalara başlandığı açıqlanıb.

Foto arxiv
Foto arxiv

Agentliyin xəbərində deyilənlərə, hələlik, Tərtər rayon rəsmilərindən münasibət almaq mümkün olmayıb.

Buna da bax:"Pambıq tarlasında zəhərlənməyə görə cinayət işi açılıb"

Xatırlatma

Bu günlərdə Saatlı rayonunda da pambıq sahəsində kütləvi zəhərlənmə baş vermişdi.

İyunun 10-da Saatlı rayonunun Simadakənd kəndi ərazisində pambıq tarlasında işləyən 24 nəfər Sabirabad rayon sakini «kimyəvi dərman zəhərlənməsi» diaqnozu ilə Saatlı Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilmişdi. Onlardan 4 nəfərinin durumu nisbətən ağır olduğundan iyunun 11-də Bakıya gətirilmişdilər.

Qalan 18 nəfərin isə xəstəxanadan buraxıldığı açıqlanmışdı.Sonradan bəlli oldu ki, evlərinə buraxılan xəstələrin bəzilərinin vəziyyəti yenidən ağırlaış. Onlardan 4-ü əlavə olaraq Bakıya gətirilib. Üstəlik bildirildi ki, zəhərlənən qadınlardan birinin körpəsi və körpəyə baxan bir qadının da səhəti pisləşib.

Faktla bağlı Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində cinayət işi açılıb. Söhbət Cinayət Məcəlləsinin 249.2 (bitki xəstəliklərinə və ziyanvericilərinə qarşı müəyyən edilmiş mübarizə qaydalarını pozma-ağır nəticələrə səbəb olduqda) və 314.2-ci (səhlənkarlıq, yəni vəzifəli şəxsin işə laqeyd münasibəti nəticəsində öz xidməti vəzifəsini yerinə yetirməməsi - ağır nəticələrə səbəb olduqda) maddələrindən gedir.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG