Keçid linkləri

Təcili xəbərlər
2018, 18 Oktyabr, Cümə axşamı, Bakı vaxtı 08:44

Aralıq dənizində xilas edilən miqrantın artıq ilk hissəsi İspaniyadadır


Foto arxiv

Aralıq dənizində xilas edilən 630 nəfər miqrantın artıq ilk hissəsi İspaniyaya gətirilib.

AzadlıqRadiosunda olan məlumata görə, onların əksəriyyəti Afrika, Əfqanıstandan, Pakistan və Banqladeşdəndir.

Onları Valensiya limanındaQırmızı Xaç təşkilatının min könüllüsü və 470 tərcüməçi də daqxil olmaqla 2 mindən çox adam qarşılayıb.

Buna görə də İspaniya ilə Fransa onları qəbul etmək qərarına gəliblər.

Bu məsələ hətta Fransa ilə İtaliya arasındakı münasibətləri gərginləşdirib.

Valensiya limanında miqrantları üzərində katalon və ərəb də daxil olmaqla müxtəlif dillərdə “Evə xoş gəlmisiz” sözləri yazılmış nəhəng şüarla qarşılayıblar.

Qırmızı Xaç təşkilatının könüllüsü Johnson Tamayo deyib ki, insanlar tərcüməçi kimi kömək etmək və ya sığınacaq verməküçün könüllü limana gəliblər.

Qeyd edək ki, İtaliya ilə Malta bundan əvvəl onları xilas edən “Akvarius” gəmisini qəbul etməyib.

İtaliyanın yeni baş naziri Matteo Salvini isə bildirib ki,Roma Afrika sahillərində miqrantları xilas edən qanunsuz təşkilatlarla əməkdaşlığı dayandırır və limanlarını onların gəmilərinə bağlayır.

Miqrant problemi iyunun sonlarında Avropa Birliyi sammitində əsas müzakirə mövzularından biri olmalıdır.

Yaxın Şərq və Afrikadakı ərəb ölkələrində gedən hərbi münaqişələr Avropaya qaçqın axınına səbəb olub.

Təkcə Almaniya milyondan artıq miqrant qəbul edib.

Türkiyədə isə hazırda 2 milyondan çox qaçqın var.

Günün bütün mövzuları

XS
SM
MD
LG