Keçid linkləri

Təcili xəbərlər
2018, 26 Sentyabr, çərşənbə, Bakı vaxtı 15:35

Facebook-dan WhatsApp-ə ‘köç’ başlayıb


İllüstrativ foto

Getdikcə istifadəçilər xəbərə görə Facebook kimi sosial şəbəkələrə deyil, WhatsApp mesajlaşma əlavəsinə üz tuturlar, hadisələri burada müzakirə edirlər. Bunu dünən – iyunun 14-də dərc olunmuş yeni araşdırma üzə çıxarıb. Araşdırma internetdə saxta xəbərlərin yayılması sarıdan beynəlxalq miqyasda narahatlığın mövcudluğunu da ortaya qoyub.

“The Reuters Institute” beş qitənin 37 ölkəsində araşdırma aparıb. Bəlli olub ki, Birləşmiş Ştatlarda sosial mediada xəbər axtaranların sayı ötən illə müqayisədə altı faiz azalıb. ABŞ-da Facebook-da xəbər axtaranların sayı isə 9 faiz düşüb. Gənclər arasında bu azalma 20 faizdir.

SƏBƏBLƏR

Düşüş əsasən, Facebook-da xəbərlərin aşkarlanması, yerləşdirilməsi və paylaşılmasındakı azalmayla bağlıdır”, – tədqiqatın aparıcı müəllifi, BBC News vebsaytının yaradıcısı Nic Newman deyib.

Facebook-a etiraz aksiyası
Facebook-a etiraz aksiyası

Bu ilin əvvəlində Facebook-dan nəhəng həcmdə informasiyanın oğurlanması ətrafındakı qalmaqaldan sonra bu sosial şəbəkə ictimaiyyətlə münasibətlərində tarixən yaşamadığı bir böhranla üzləşdi.

Və sonuc da budur ki, dünyadakı Facebook istifadəçilərindən bəziləri ondan uzaqlaşaraq elə bu sosial şəbəkənin sahibi olduğu WhatsApp və Instagram əlavələrində daha çox vaxt keçirməyə başlayıb.

Bir çox istifadəçilər hələ də Facebook və Twitter-dən xəbər öyrənmək üçün istifadə edirlər. Amma sonradan müzakirəni WhatsApp-də davam etdirirlər.

“2018 Digital News Report” aşkarlayıb ki, indi Malayziyada rəyi soruşulanların 54, Braziliyada 48, İspaniyada 36, Türkiyədə 30 faizi xəbərlərə görə WhatsApp-dən istifadə edir.

74 min onlayn xəbər istehlakçısı arasında keçirilən hesabat onu da üzə çıxarıb ki, hazırda Instagram Asiya və Cənubi Amerikada, Snapchat isə Avropa və Birləşmiş Ştatlarda yayılmaqdadır.

XƏBƏRLƏRƏ ETİMAD

Xəbərlərə inam səviyyəsinin isə nisbətən sabit – 44 faiz civarında qaldığı bildirilir. Ötən il bu, 43 faiz idi. Ancaq cəmi 23 faiz sosial mediada tapdığı xəbərə inandığını dilə gətirib.

Mayda Monteneqroda saxta xəbərlərlə bağlı konfrans keçirilib
Mayda Monteneqroda saxta xəbərlərlə bağlı konfrans keçirilib

Rəyi soruşulanların 54 faizindən çoxu İnternetdəki xəbərlərin doğru, yaxud yalan olmasından əndişəsini ifadə edib.

Bu narahatlıq ən çox Braziliyadadır – 85 faiz. Ən aşağı göstərici isə Niderlandda qeydə alınıb – 30 faiz.

Respondentlərin çoxu bir şeyə inanır –saxta və etibarsız xəbərlər problemini düzəldilməsində ən böyük məsuliyyət naşirlər və platformaların üzərindədir.

Avropada respondentlərin 60, Asiyada 63, Birləşmiş Ştatlarda 41 faizi inanır ki, hökumətləri “saxta xəbərlər”in dayandırılması üçün daha çox iş görməlidirlər.

WhatsApp 2009-cu ildə yaradılıb. Facebook onu 2014-cü ildə 19 milyard dollara alıb. Bu mesajlaşma əlavəsinin bir çox ölkələrdə Twitter-dən daha populyar olduğu bildirilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG