Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 12:25

Pashinian və İlham Əliyev Moskvada tanış olublar


Dünən – iyunun 4-də Ermənistanın baş naziri Nikol Pashinian ilə Azərbaycan prezidenti İlham Əliyev Moskvada tanış olublar. Bu haqda Pashinian özünün Facebook səhifəsində canlı yayımda bildirib.

Moskvaya iki günlük səfərini başa vuran Pashinian deyib ki, onları Rusiya prezidenti Vladimir Putin tanış edib.

Futbol yarışından sonra Rusiya prezidenti MDB liderləri formatında kiçik qəbul təşkil etdi. Orada Azərbaycan prezidenti İlham Əliyev də iştirak edirdi. Rusiya prezidenti bizi bir-birimizə təqdim etdi. Biz sadəcə salamlaşdıq, aramızda heç bir söhbət olmadı”, – deyən Pashinian Moskva səfərini müsbət dəyərləndirib.

Azərbaycan prezidenti İlham Əliyev də Moskvada dünya çempionatının açılış mərasimində iştirak edib.

Pashinian küçə etirazları nəticəsində Serzh Sarkisian baş nazir postundan devriləndən sonra, mayın 8-də həmin posta seçilib.

Qarabağ münaqişəsi 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi, ona bitişik yeddi rayon və bəzi əlavə kəndlər işğal edilib.

Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı sülh danışıqları ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçiliyi ilə aparılır. ABŞ, Rusiya və Fransa həmsədr dövlətlərdir.

XS
SM
MD
LG