Belarus Ali Məhkəməsi iki ölüm hökmünün icrasını ertələyib. Bunu Minskdə mənzillənən Vyasna (Bahar) insan haqları mərkəzi deyir.
Vyasna ölüm hökmünə məhkum edilmiş Ihar Hershankou və Syamyon Berazhnoy-un qohumlarına istinadla xəbər verir ki, məhkəmə onların şikayətinə baxıldığı müddətdə hökmün icrasını dayandırıb.
İyunun 14-də Vyasna-nın vəkili Paval Sapelka-nın deməsinə görə, apelyasiya şikayəti ölüm hökmünün dəyişdirilməsini nəzərdə tutur.
Adətən bu cür şikayətlərə baxılması azı bir ay çəkir.
Yanvarda Amnesty International Hershankou və Berazhnoy sarıdan narahatlığını, edamların icra oluna biləcəyini bildirmişdi. Dekabrda Ali Məhkəmə hökmləri qüvvədə saxlamışdı.
Bu iki şəxs 2017-ci ilin iyulunda qətl və adam oğurluğunda təqsirli bilinib. İstintaq müəyyənləşdirib ki, yaşlı ev sahiblərinin mülkiyyətini əldə etmək üçün onları öldürmüş bandanın üzvü olublar.
Belarus Avropa və Orta Asiyada ölüm hökmünün qüvvədə olduğu yeganə ölkədir.
Avropa Birliyi və insan haqları illər boyunca Belarusu ölüm hökmünə moratorium qoymağa çağırıblar.
İnsan haqları təşkilatları Belarus 1991-ci ildə Sovet İttifaqından çöküşündən sonra müstəqillik əldə edəndən bu ölkədə 400-dən çox adamın ölüm hökmünə məhkum edildiyini bildirirlər.