Keçid linkləri

Təcili xəbərlər
2018, 24 Sentyabr, Bazar ertəsi, Bakı vaxtı 01:29

Hərbi parada hazırlıqlar davam edir


Bakıda hərbi parad. 2011

Bu gün, iyunun 15-də də Azərbaycan Hərbi Hava Qüvvələrinin (HHQ) aviasiya vasitələri Bakı səmalarında uçuşlarını davam etdiriblər. Onların hərbi parada hazırlıq məqsədilə məşqlər keçdikləri bildirilir.

Hərbi parad Azərbaycan Xalq Cümhuriyyəti (AXC) və ordunun qurulmasının 100 iliyi münasibətilə təşkil edilir.

Hərbi paradın iyunun 26-da Bakının «Azadlıq» meydanında keçiriləcəyi gözlənir.

Azərbaycan Xalq Cümhuriyyəti 1918-ci il mayın 28-də elan edilib. İyun 26-də ordunun əsası qoyulub. Azərbaycan Xalq Cümhuriyyəti Rusiya qoşunlarının işğalı nəticəsində 1920-ci il aprelin 27-də süqut edib.

Azərbaycan bir də müstəqilliyinə 1991-ci ildə qovuşub. Yeni müstəqil respublika AXC varisi olduğunu bəyan edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG