Keçid linkləri

Təcili xəbərlər
2018, 17 Noyabr, şənbə, Bakı vaxtı 19:02

Ramazan bayramıdır


Quran-i-Kərim

İyunun 15-də Azərbaycan müsəlmanları Ramazan bayramını qeyd edirlər.

Bu münasibətlə bu gün, iyunun 15-də səhər saatlarında ölkə məscidlərində bayram namazları qılınmağa başlanıb.

Qafqaz Müsəlmanları İdarəsi Qazilər Şurasının təqviminə əsasən, Azərbaycanda Ramazan ayı mayın 17-nə təsadüf edib. İyunun 14-də isə Ramazan ayı başa çatıb.

Nazirlər Kabinetinin qərarı ilə iyunun 15-i və 16-sı Ramazan bayramı günləri elan olunub.

İslam dininə görə, «Quran-i-Kərim» Ramazan ayında nazil olduğundan, bu ay müqəddəs sayılır. «Quran-i-Kərim»də həmin ayda oruc tutmaq vacib sayılır.

Oruc tutmaq xəstələr, səfərdə olanlar, hamilə və uşaq əmizdirən qadınlar, ahıllar istisna olmaqla bütün müsəlmanlara tövsiyə edilib.

Bu ayda mömin müsəlmanlar günün işıqlı vaxtlarında oruc tuturlar.

Oruc tutan insanlar iftara (axşama) qədər yemək və su qəbul edə bilməzlər. Həmin müddətdə siqaret çəkmək, cinsi əlaqədə olmaq yasaqdır. Oruc tutan insanın yalan danışması, rüşvət alması, başqasının haqqını tapdalaması da İslam qaydalarına görə, xüsusilə günah sayılır.

Ramazan orucunun yekunu olaraq ayrılan fitrə zəkatın ödənməsi bu il adambaşına 5-10 manat müəyyən edilib. İslamda hər bir imkanlı müsəlman fitrə zəkat ödəməlidir. Fitrə zəkat imkansız ailələrə, yetim uşaqlara verilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG