Keçid linkləri

Təcili xəbərlər
2018, 20 İyul, Cümə, Bakı vaxtı 20:45

Belarusda ziddiyyətli ‘saxta xəbər’ qanunu qəbul olunub


Alyaksandar Lukashenka Moskvaya futbol çempionatının açılışına gedib

Belarusda deputatlar ölkənin media qanunlarına ziddiyyətli dəyişiklikləri qəbul ediblər. Yerli və beynəlxalq təşkilatlar bu addımın mətbuata senzuranı gücləndirəcəyini deyirdilər.

İyunun 14-də Milli Assambleya dəyişiklikləri ikinci və yekun oxunuşda qəbul edib.

Hökumətin mövqeyincə, düzəlişlər internetdə “saxta” informasiya yaymaqda şübhəli bilinənlərin təqibinə imkan verəcək.

Dəyişikliklərə görə, onlayn forumlarda post və şərh müəlliflərinin kimliyi açıqlanmalıdır, şərhləri də vebsayt rəhbərləri idarə etməlidir.

Pozuntu aşkarlanarsa, sosial şəbəkələr və digər saytlar qapadıla bilər.

Tənqidçilərin fikrincə, avtoritar prezident Alyaksandr Lukashenka hökuməti bu qanundan İnternetə nəzarəti gücləndirməkdən ötrü istifadə edəcək.

Günün bütün mövzuları

XS
SM
MD
LG