Keçid linkləri

2024, 20 Sentyabr, Cümə, Bakı vaxtı 07:49

Əfqanıstan prezidenti Taliban liderinin öldürüldüyünü təsdiq edir


Mullah Fazlullah
Mullah Fazlullah

Əfqanıstan prezidenti Ashraf Ghani Pakistan Talibanının lideri Molla Fazlullah-ın öldürüldüyünü təsdiq edib və bu hadisəni Kabil və İslamabad arasında “etimadın yaradılmasında böyük addım” adlandırıb.

Ghani bu bəyanatı iyunun 15-də Twitter-də verib. O yazır ki, Pakistanın baş naziri Nasirul Mulk-lə və Pakistan ordusunun baş komandanı general Qamar Javed Bajwa ilə danışıb və onlar Molla Fazlullah-ın ölümü faktını təsdiq ediblər:

"Onun ölümü Əfqanıstan təhlükəsizlik agentliklərinin yorulmaz kəşfiyyat fəaliyyətininin nəticəsidir”.

***

Pentaqon rəsmiləri bildirir ki, Əfqanıstanın Pakistanla sərhəddə yerləşən vilayətində Taliban lideri hədəfə alınıb. Təsdiqlənməmiş məlumatlara görə, lider öldürülüb.

ABŞ ordu rəsmiləri iyunun 14-də yerli mediaya deyiblər ki, terrorçu təşkilat sayılan Tehrik-e-Taliban Pakistan, yaxud TTP-nin lideri Mullah Maulana Fazlullah dron əməliyyatında hədəfə alınıb. Əməliyyat iyunun 13-də sərhədə yaxın Kunar vilayətində gerçəkləşdirilib.

Anonim danışan rəsmilər Fazlullah-ın taleyinin bəlli olmadığını deyiblər, əməliyyatın uğurlu keçib-keçmədiyini də açıqlamayıblar.

Ancaq iyunun 14-də yayılmış məlumata görə, o öldürülüb.

TPP 2012-ci ilin oktyabrında Malala Yousafzai-nın güllələnməsinə görə də məsuliyyət daşıyır. Malala sonradan Nobel sülh mükafatı aldı, qızların təhsili uğrunda mübarizənin simvoluna çevrildi.

XS
SM
MD
LG