Keçid linkləri

Təcili xəbərlər
2018, 20 İyun, çərşənbə, Bakı vaxtı 13:35

Avropa Parlamenti qətnamə qəbul edərək Rusiyanı “Gürcüstanın Abxaziya və Cənubi Osetiya ərazilərinin müstəqilliyinin tanınması barədə qərarını” ləğv etməyə çağırıb.

Qətnamə iyunun 14-də qəbul olunub. Təxminən 10 il öncə, 2008-ci ilin avqustunda bir neçə günlük Rusiya-Gürcüstan müharibəsi bu iki ərazinin Moskva tərəfindən tanınmasıyla sonuclanıb.

Sənəddə həmçinin Venesuela, Nikaraqua, Suriya və Naurunun Abxaziya və Cənubi Osetiyanı tanınması pislənir, bu addımın ləğvinə çağırılır.

Avropa Parlamenti üzvlərinin çoxunun dəstəklədiyi bu qətnamə Rusiyanı çağırır ki, iki separatçı regionunun “işğalına son qoysun”, “Gürcüstanın ərazi bütövlüyünə və suverenliyinə tam sayqı göstərsin”.

Günün bütün mövzuları

XS
SM
MD
LG