Keçid linkləri

Təcili xəbərlər
2018, 21 Avqust, çərşənbə axşamı, Bakı vaxtı 21:23

Medvedev pensiya yaşının artırılmasını təklif edir


Dmitry Medvedev (sağda) və Rusiya prezidenti Vladimir Putin

Rusiyanın baş naziri Dmitry Medvedev qadınlar və kişilər üçün pensiya yaşının tədricən artırılmasını nəzərdə tutan plan irəli sürüb. İyunun 14-də hökumətin iclasında çıxış edən Medvedev deyib ki, plana görə, prosesə keçid müddəti “yetərincə uzun” olacaq.

“Nisbətən uzun keçid müddəti təklif edirik – 2019-cu ildən başlayaraq pensiya yaşı tədricən artırılır, 2028-ci ilədək kişilər üçün 65, 2034-cü ilədək qadınlar üçün 63 olur”, – Medvedev deyib.

Baş nazirin sözlərincə, təqaüd yaşının tədricən artırılması “bizə inflyasiya ilə mübarizə və pensiyaların qaldırılması üçün əlavə maliyyədən istifadə imkanı verəcək”.

Hazırda Rusiyada kişilər üçün pensiya yaşı 60, qadınlar üçün 55-dir. Yəni, Rusiya dünyada ən aşağı pensiya yaşı olan ölkələrdəndir.

Rusiyada kişilər üçün orta ömür həddi 68-dir. Hökumətin proqnozlarına görə, 2024-cü ilədək kişilər üçün orta ömür uzunluğu 70, qadınlar üçün 80 olacaq.

Günün bütün mövzuları

XS
SM
MD
LG