Keçid linkləri

Təcili xəbərlər
2018, 22 İyul, bazar, Bakı vaxtı 09:11

İyunun 15-də Bakı və Abşeron yarımadasında havanın yağmursuz keçəcəyi bildirilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, Abşeronda gecə 17-19, gündüz 25-30, Bakıda gecə 17-19, gündüz 28-30 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında da iyunun 15-də havanın, əsasən, yağmursuz keçəcəyi gözlənir. Lakin gündüz bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, yağış yağacağı ehtimal edilir. Gecə 15-20, gündüz 29-34, dağlarda gecə 9-14, gündüz 17-22 dərəcə isti təxmin edilir.

Nazirlik xəbərdarlıq edir ki, Bakı və Abşeron yarımadasında iyunun 17-si günün ikinci yarısından 19-u gündüzədək şimal-qərb küləyinin əsəcəyi, arabir güclənəcəyi gözlənir.

Azərbaycanın bir çox rayonlarında da iyunun 16-sı axşamdan 19-u gündüzədək hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağış yağacağı vurğulanır. Ayrı-ayrı yerlərdə yağıntının leysana keçəcəyi, dolu düşəcəyi ehtimalı var. Havanın temperaturunun da ötən günlərlə müqayisədə 3-5 dərəcə aşağı enəcəyi, çaylarda sululuğun artacağı, Böyük və Kiçik Qafqazın bəzi dağ çaylarından qısamüddətli daşqın keçəcəyi ehtimal olunur.

Günün bütün mövzuları

XS
SM
MD
LG