Keçid linkləri

2024, 14 Dekabr, şənbə, Bakı vaxtı 10:37

Navalny buraxılıb


Aleksei Navalny təcridxanadan çıxır
Aleksei Navalny təcridxanadan çıxır

Rusiyada müxalifət siyasətçisi və antikorrupsiya fəalı Aleksei Navalny 30 sutkalıq həbsdən buraxılıb. O, prezident Vladimir Putinə qarşı etirazların təşkilinə görə saxlanmışdı.

Dozhd TV iyunun 14-də xəbər verib ki, Navalny Moskvada təcridxanadan çıxıb. Navalny-nin Twitter-də fotosunu da yerləşdirib.

Mayın 15-də Moskvanın Tver rayon məhkəməsi Navalny-ni ictimai toplantıların təşkili qaydalarını pozmaqda təqsirli bilib və 30 sutkalıq həbsə məhkum edib.

Məhkəmə daha sonra onu polisin göstərişinə əməl etməməkdə də təqsirli bilərək 15 sutkalıq cəza kəsib.

5 may etirazları
5 may etirazları

Navalny bu ittihamları “gülünc” adlandırıb, hər iki cəzanı eyni vaxtda çəkib.

Mayın 5-də Moskvada və Rusiyanın digər şəhərlərində yüzlərlə adam Putin-in dördüncü müddətə prezident seçilməsinə etiraz yürüşlərinə çıxıb. Etirazlarda 1600-dən çox saxlanan olub.

Navalny onda saxlansa da, bir neçə saatdan sonra buraxılıb, ancaq Moskvadan çıxmaması barədə qərar çıxarılıb.

İndiyədək Navalny bir neçə dəfə antihökumət etirazlarının təşkilinə görə həbs cəzası çəkib, iki dəfə isə maliyyə ittihamları ilə məhkum edilib. Müxalifətçi Putin-ə qarşı müxalifətdə olduğuna görə Kremlin ittihamları saxtalaşdırdığını bildirib. Navaıny seçkiyə də buraxılmayıb.

Putin-in 18 mart seçkisində səslərin 77 faizini topladığı bildirilir. Ancaq tənqidçilər seçkinin saxtakarlıqla keçdiyini bildirirlər.

XS
SM
MD
LG